"Miryusif MTN-dən zəng edib dedi ki...."- MƏHKƏMƏ

"Miryusif MTN-dən zəng edib dedi ki...."- MƏHKƏMƏ
12:54 15 Noyabr 2016
137 Digər
Ölkə mətbuatı
A- A+

Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Miryusif Mahmudovun vəkili İlhamə Qasımova bildirib ki, onların keçən proses qaldırdıqları vəsatətin müzakirə edilməsini və əlavə şahidlərin dindirilməsini istəyir. Dövlət ittihamçısı bildirib ki, əsas şahidlərin və zərərçəkənlərin dindirilməsi başa çatdıqdan sonra əlavə şahid məsələsinə baxılmalıdır. Hakim Əfqan Hacıyev qeyd edib ki, iş üzrə dindirilməli bir şahid qalıb, o da ölkə hüdudlarından kənardadır və onun istintaqa verdiyi ifadə elan ediləcək. Prosesdə müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti də müzakirə ediblər. Prokuror Fərid Nağıyev vəsatətin təmin olunmamasını istəyib. O bildirib ki, əlavə şahidlərin ifadələrinin iş üzrə heç bir əhəmiyyəti yoxdur:

 

"Siyahıda olan şəxslərin çoxu Miryusif Mahmudovun işçiləridir, onların nə ifadə verəcəkləri məlumdur". Hakimlər kollegiyası vəsatəti təmin edib.

 

Prosesdə əlavə şahidlərin dindirilməsi başlanılıb. İlkin olaraq " Qlobal Constuction "ın baş mühəndisi olmuş Mansur Hüseynov ifadə verib. O dindirilərkən bildirib ki, çalışdığı dövrdə göstərişləri şirkətin inşaat rəhbəri Toğrul Məmmədovdan alırdım: "Rəhbərlik Toğrul müəllimə tapşırıq verirdi, o da bizə deyirdi. Birbaşa olaraq şirkətinin təsisçisi, digər yüksək vəzifələr bizə heç bir tapşırıq verməyib. Bizim şirkət sifariş qəbul edərək direktor İlqar Vəliyev görüşlər keçirirdi, razılaşırdı". Şahid onu da əlavə edib ki, poliuretan məhsulunun hansı formada vurulması ilə bağlı qayda olmayıb:

 

"Sifariş əsasında razılaşma olurdu. Bəzi binalarda "karkaz" qurulurdu, bəzilərində isə yox". Şahid bildirib ki, yanğın günü sahədə olub: "Ofisdə yox idim. Zəng gəldi. Mən də bir vətəndaş kimi yanan binaya getdim. 1 saatdan sonra ofisimizə MTN-nin əməkdaşı gəldi. Miryusif müəllimi MTN-ə apardılar. Sonra nazirlikdən Miryusif müəllim zəng eləyib dedi ki, son çıxardığımız işçilərdən kimsə bizə qarşı kinli, pis niyyətli qalmıyıb ki? Mənə də yox dedim". Proses davam edir.

 

Qeyd edək ki, keçən il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib. A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23

İlan sancması zamanı nə etməli?

25 İyun 2017 21:22

Android telefonları olanlar -

25 İyun 2017 21:20

Bakıda iraqlı turistin meyiti tapıldı

25 İyun 2017 21:19

Kanada vətəndaşı Azərbaycan mahnılarına aşiqdir - VİDEO

25 İyun 2017 21:17

Bakıda işıqfora məhəl qoymayan sürücü qəza törətdi - VİDEO

25 İyun 2017 21:17

Diliniz dərdinizdən danışır...

25 İyun 2017 21:17

Plastik qapı-pəncərə alarkən diqqətli olun - VİDEO

25 İyun 2017 21:17

Lənkəranda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarəti almasında şübhəli bilinən şəxs saxlanılıb

25 İyun 2017 21:17

Ramazandan sonra necə qidalanmalı? - VİDEO

25 İyun 2017 21:17

Fəhlənin əsərləri peşəkar rəssamı xatırladır - VİDEO

25 İyun 2017 21:12

Allahın ən üstün bəndələrinin 5 nişanəsi

25 İyun 2017 21:12

Ev tikmək istəyənlər bu xəbəri isləsin - VİDEO

25 İyun 2017 21:12

Məşhur modelin bacısı fotolarını yaydı - FOTO

25 İyun 2017 21:05

Noxud oğrularını iş başında tutan kişi ölümcül döyüldü - VİDEO

25 İyun 2017 21:05

Bayramlar mehribançılıq, bayramlar birlikdir - VİDEO

25 İyun 2017 21:05

Hamilələr adam öldürə bilər - Yeni qanun

25 İyun 2017 21:03

Konfederasiyalar Kuboku: yarımfınalçılar müəyyənləşdi

25 İyun 2017 20:59

Çilidən bərabərlik, Almaniyadan ikinci qol - YENİLƏNİR

25 İyun 2017 20:57

Brabus-dan ecazkar Mercedes-Benz - FOTO

25 İyun 2017 20:57

"DIe Welt": Almaniya Ərdoğanın mühafizəçilərinə G20 sammitinə qatılmağı qadağan edib

25 İyun 2017 20:57

Tovuzda bir neçə həkim və tibb bacısı döyüldü - VİDEO

25 İyun 2017 20:57

Ayaq burxulmasına qarşı çarə

25 İyun 2017 20:52

Ronalduya hələ belə təklif gəlməmişdi

25 İyun 2017 20:52

Azərbaycan prezidenti İlham Əliyev Rusiya baş nazirinin müavinini -

25 İyun 2017 20:49

Balığın sağlamlığınıza faydaları

25 İyun 2017 20:47

Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

25 İyun 2017 20:42

Dar qutuda keçən ömür - FOTO

25 İyun 2017 20:42

Meray Keri Bakıdadır - FOTO

25 İyun 2017 20:42

“Formula-1”: Mükafatları prezident təqdim etdi

25 İyun 2017 20:39

Bakı trası sürprizlərlə dolu idi

25 İyun 2017 20:37

Təbrizdə Azərbaycan-İran əlaqələrinin inkişafı müzakirə olunub

25 İyun 2017 20:37

Hyundai kompakt krossover təqdim etdi - FOTO

25 İyun 2017 20:37

Fransada yanğın: dörd ölü

25 İyun 2017 20:37

Teleaparıcı çimərlikdə "hədəf" oldu - FOTO

25 İyun 2017 20:32