Nazir nəvəsi atasına bomba göndərdi- FOTO

Nazir nəvəsi atasına bomba göndərdi- FOTO
12:57 15 Noyabr 2016
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə Özdemir K. adlı biznesmen oğlunun ona göndərdiyi bağlamanı açanda paketin içərisindəki əldəqayırma bomba partlayıb. Nəticədə iş adamı və yanındakı 2 nəfər yaralanıb, oğul saxlanılıb.

Milli.Az "Hürriyet"ə istinadla xəbər verir ki, dünən saat 2-də İstanbulun Maltəpə adlanan ərazisində yerləşən "Genel Sistem Dizaynı" (GSD) adlı şirkətə motosikletlə gələn şəxs tərəfindən müdirə çatdırılması söylənilən bağlama gətirilib. Bağlama ofisin 4-cü mərtəbəsindəki müdir Özdemir K.-ya çatdırılıb. O, bağlamanı açarkən içərisindəki əldə düzəldilən bomba partlayıb, onun sol qolu qopub. İş adamının yanındakı iki nəfər yaralanıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıblar.

Hadisədən sonra əraziyə gələn polislər təhlükəsizlik kameralarına düşən görüntüləri araşdırıblar. Məlum olub ki, motosikletlə binaya gəlib bağlamanı verən şəxs elə iş adamının öz oğlu, Ali Can K.-dır. O, bağlamanı şirkətə verdikdən sonra motosikleti binanın həyətində saxlayaraq taksi ilə məkandan uzaqlaşıb.

O, atasının yatırıldığı xəstəxanada polislər tərəfindən tutulub. Polis onun evində axtarış edib.

Qeyd edək ki, partlayışda yaralanan və əməliyyat edilən Özdemir K. sabiq nazir Kemal K.-nın oğludur.

Bəxtiyar Umarlı
Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR