Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı 40 faizə yaxın artacaq

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı 40 faizə yaxın artacaq

Date: 15 November 2016 12:57

Bakı. 15 noyabr. REPORT.AZ/ "Diaqnostik qiymətləndirmə imtahanlardan keçməyən müəllimlərin işdən çıxarılması deyil".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, test imtahanı iki bölmə üzrə aparılacaq: "Hər bölmə üzrə 10 faizdən yuxarı nəticə göstərən müəllim imtahandan keçəcək. İmtahandan keçməyən müəllimlər isə əlavə təlimlərə cəlb olunacaq".
E.Bağırov bildirib ki, dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilən müəllimlərin ümumi əmək haqqında 40 faizə yaxın artım müşahidə olunacaq: "Yanvarın birindən etibarən imtahandan keçən müəllimlərin maaşı artım ilə hesablanacaq. Qiymətləndirmədən keçən müəllimlərin maaşının nə qədər artacağını demək olmaz. Bunun üçün müəyyən kriteriyalar var: ali təhsili, stajı, dərs yükü və s.".  


Tags:  Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əmək haqqı 40 faizə yaxın artacaq

RƏYLƏR


Top news