Azərbaycanda bağça müəlliməsini video ilə şərlədilər

Azərbaycanda bağça müəlliməsini video ilə şərlədilər
12:59 15 Noyabr 2016
77 Digər
Ölkə mətbuatı
A- A+

Lerik şəhər sakininin şərləndiyi məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də Lerik şəhər sakini Sənay Nəhmətova RPŞ-yə müraciət edərək işlədiyi uşaq bağçasında tərbiyə alan 4 yaşlı Xədicə Əzizovanın qulağından aldığı xəsarətlə bağlı uşağın atası Kamal tərəfindən əsassız günahlandırılmasını, bununla əlaqədar noyabrın 11-də sonuncu şəxs tərəfindən sosial şəbəkəyə videogörüntü yerləşdirildiyini bildirib.

 

Lerik RPŞ tərəfindən aparılmış araşdırmalar zamanı Xədicənin 2015-ci ilin sentyabr ayında yaşadığı evdə ehtiyatsızlıqdan yıxılaraq xəsarət alması, qonşuları Eldəniz Quliyevin isə cari il noyabrın 11-də Kamalın ruhi xəstə olmasından istifadə edərək ona pul verəcəyini vəd etməklə S.Nəhmətovaya şər atması ilə bağlı sözügedən videogörüntünü çəkib sosial şəbəkəyə yerləşdirməsi müəyyən edilib.

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR