Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Şimali İrlandiyaya məğlubiyyət elə qara qüvvələrdən xəbər verir"

"Şimali İrlandiyaya məğlubiyyət elə qara qüvvələrdən xəbər verir"

Date: 15 November 2016 13:07

Şərurspor"un prezidenti Sərdar Bağırov "Şahdağ" üzərində əldə edilən 3:1 hesablı qələbədən sonra Rekord.az-a müsahibə verib:

 

 

-  Öncə oyunla bağlı fikirlərinizi öyrənərdik...


- Qələbə qazansaq da, düşünürəm ki, “Şahdağ” kimi komandaya qarşı daha rahat oynamaq lazımdır.


- Komandanızın çempionatdakı məqsədi nədir?


- Premyer Liqaya buraxsalar, orda oynamaq.


- Amma Premyer Liqada oynamaq üçüna üçün tələb olunan şərtləri də yerinə yetirmək lazımdır...


- Bu haqda danışmaq istəmirəm. Buraxsınlar hər şeyi göstərəcəyəm. 


- Bu gün istər Premyer Liqada, istərsə də I Divizionda əksər klublar AFFA-dan, “Socar”dan maliyyələşir. Azad bir iş adamı kimi, futbola pul qoymaqda məqsədiniz nədir? Nəzərə alaq ki, Azərbaycan futbolunda qazanc da yoxdur...


- Futbola pul ayırmağımın tək səbəbi Azərbaycanda idmanın, futbolun inkişafına töhfə verməkdi. Belə baxanda, komandaya böyük məbləğdə pul da xərclənməyib. Məsələn, 300-400 min.  Hardasa 10-12 min pul xərcləmişik.


- Ötən mövsüm start götürəndə belə bir fikir səsləndirmişdiniz ki, Azərbaycan futbolunda qara qüvvələr var və futbolumuzu onlardan təmizləmək istəyirsiniz. Aradan keçən müddətdə hansı işlər görmüsünüz, təmizləyə bilmisiniz?


- Demişəm, yenə deyirəm: Azərbaycan futbolunda qara qüvvələr var. Milli komanda 3 oyuna 7 xal toplayır, amma gedib Şimali İrlandiyaya 0:4 hesabı ilə məğlub olur. Həmin 0:4-lük məğlubiyyət elə qara qüvvələrdən xəbər verir.  Necə olur ki, Norveç kimi komandanı udub Çexiya kimi komanda ilə heç-heçə oynayırıq, amma gedib Şimali İrlandiyaya uduzuruq? 


-  Adınız I Divizionda oyun alqı-satqısında hallanır. Buna münasibətiniz?


-  Mənim adımı bu məsələdə hallandıranların məqsədini bilmirəm. Hər oyun “Şərurspor”un adı dünyadakı bukmeyker kontorlarının “stavka”sında veriir.  Keçən il 26, bu il də 11 oyun. Cəmi 37 oyun. İndi həmin bukmeyker kontorlarının sahibləri ağısız adamlardı ki, oyun alıb-satan komandanın adını hər tur “satvka”ya salırlar? “Şərurspor” ordan bir oyun pul qazansa iki oyun pul qazansa üçüncü dəfə bu klubun adını ora salmazlar. Necə ki, bəzi klubların adı salınmır. Aydınlaşdırmaq istəyirlərsə, hansı komanda oyun alqı-satqısında iştirakçıdır, açsınlar dünya bukmeyker kontorlarının siyahısına baxsınlar. Kimin adı orda yoxdursa, demək alqı-satqıda elə həmin komanda iştirak edir.


- I Divizionun səviyyəsi necədir, sizi qane edir?


- Deyərdim ki, I Divizionda mübarizə Premyer Liqadan yaxşıdır. Çünki 6-7 komanda çempionluğa oynayır. Prmyer Liqada isə cəmi iki komanda çempionluğa oynayır: “Qarabağ” və “Qəbələ”. Qalan komandalar vaxt keçirdir.





Tags:  Şimali İrlandiyaya məğlubiyyət qara qüvvələrdən xəbər verir

RƏYLƏR


Top news