Putinin “Şatun” əməliyyatı başlandı – YENİ MAYDAN (VİDEO)

Putinin “Şatun” əməliyyatı başlandı – YENİ MAYDAN (VİDEO)
13:23 15 Noyabr 2016
75 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyev təhlükəsizlik gücləri daha əvvəl elan edilmiş kütləvi etiraz aksiyaları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, müxtəlif qiymətləndirmələrə görə, aksiyalara 5 mindən 50 minə qədər insan qatılacaq.

Etiraz aksiyalarında terror aktlarının törədiləcəyi də istisna edilmir.

Xatırladaq ki, noyabrın 11-də Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.

Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o, bildirib.

Qeyd edilib ki, “Şatun” planı Kremlin daha əvvəlki analoji planlarına uyğun gəlir. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun birinci müavini, abxaz separatçısı İnal Ardzinba planın reallaşdırması ilə məşğul olur. Yerli təşkilatlarla əlaqəni isə Ermənistan vətəndaşı Armen Martirosyan həyata keçirir.

Məlumata görə, planın noyabrın 15-17 tarixlərində, həmçinin dekabra həyata keçirlməsi nəzərdə tutulub.

Bu gün bank əmanətçilərinin umumukrayna etiraz aksiyası keçirilməlidir. Noyabrın 17-də isə etiraz aksiyalarının əsas mövzusu tariflərin artımıdır. Anatoli Dublikin sözlərinə görə, etiraz aksiyalarının hökumət idarələrinin mühasirəyə alınması ilə keçirilməsi nəzərdə tutulub. Aksiyalarda iştirakçıların həlak olması planlaşdırılıb. “Noyabrın 24-də Ukrayna-Avropa İttifaqı sammiti olmalıdır. Sammitdə Ukrayna ilə vizasız rejimin tətbiqi haqqında məsələyə dair yekun qərar verilməlidir”, - departament müdiri qeyd edib.

Bildirilir ki, ölkədə yaradılması planlaşdırılan xaos və qeyri-stabil vəziyyət hazırkı hökumətin devrilməsinə hədəflənib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176003.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR