"Azərbaycanla qarşıdakı oyuna xüsusi diqqət yetirməliyik"

"Azərbaycanla qarşıdakı oyuna xüsusi diqqət yetirməliyik"
13:27 15 Noyabr 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Yığmamız Maykl Onilin gəlişindən bəri daim inkişafdadır. Bu, bəzi futbolçuların ürəyincə olmaya bilər. Hansı ki, baş məşqçi onlara dəvət göndərmir, şans vermir. Ancaq bunun üçün əlində əsası da var. Axı uşaqlar son illər meydanda ustalıqlarını nümayiş etdirirlər".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis deyib.

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də millimiz üzərində böyükhesablı qələbə qazanan britaniyalılar turnir cədvəlində 2-ci pilləyə yüksəliblər. Bunu böyük uğur sayan Devis hədəflərinin bu mövqedə qalmaq olduğunu söyləyib.
 
31 yaşlı yarımmüdafiəçi yer aldıqları qrupun çətinliyindən də danışıb: "Komandamızda özünəinam həddindən çoxdur. Oyunların ilk dəqiqələrindən etibarən yalnız qələbə qazanmaq üçün "döyüşürük". İstər Azərbaycana, istərsə də digər klomandalara qarşı matçlarda bunu nümayiş etdirdik. İndi üzərimizə düşən vəzifə bu yolla davam etməkdir. İşimizin çox çətin olacağını başa düşürük. Çünki ağır qrupda yer almışıq və 4 komanda ikincilik uğrunda mübarizə aparır. Norveç, Çexiya və Azərbaycanı sonda qabaqlamaq üçün bu tempi qorumalıyıq. Bu komandalarla qarşıdakı görüşlərə xüsusi diqqət yetirməliyik".
 
Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu gələn ilin iyun ayının 10-da keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR