Məktəbəhazırlıq qruplarının müəllimləri üçün imtahanın tarixi açıqlandı

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün imtahanın tarixi açıqlandı
13:29 15 Noyabr 2016
230 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edəcək.

 

İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə imtahan 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. İmtahanda iştirak edən hər bir müəllimə müvafiq sertifikat veriləcək.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259535

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR