Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"iPhone 7" qızın qolunu yandırdı - FOTO

"iPhone 7" qızın qolunu yandırdı - FOTO

Date: 15 November 2016 13:37

Melani Tan Pelaez adlı qadın sosial şəbəkədə yanan qolunun fotosunu yayıb. O bildirib ki, buna "iPhone 7" səbəb olub.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Melanie səhər yuxudan qalxdıqda qolunun qızardığını görüb və ağrı hiss edib. O, həkimə gedib. Həkimlər onu müayinə etdikdən sonra Melaniyə qolunun yandığını söyləyiblər. Həkimlərin dediklərinə görə, buna səbəb onun yatağındakı cisim olub. Melani xəstəxanadan çıxdıqdan sonra evə gedib və gecə yatağında yanında nə olduğunu düşünüb. Gecə ətrafında "iPhone 7"dən başqa cisim olmadığını düşünən Melanie bu barədə həkimlərə xəbər verib. Həkimlər belə bir ehtimalın mümkün ola biləcəyini söyləyiblər.

Melani bu barədə insanları xəbərdar etmək üçün feysbukdan paylaşım edib. O, insanları "iPhone" modeli almamağa çağırıb.

Milli.Az



Tags:  iPhone qızın qolunu yandırdı FOTO



RƏYLƏR


Top news