Nüsrət İbrahimov: "Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur"

Nüsrət İbrahimov: "Azərbaycanda bəzi banklar qanunvericiliyi pozur"
14:07 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bəzi kommersiya banklarının daxilində qeyri-qanuni qiymətləndiricilər fəaliyyət göstərir. "Report"un verdiyi xəbərə görə, bunu “MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Qeyd edək ki, bu, "Qiymətləndiricilərin fəaliyyəti haqqında" qanunun müddəalarına ziddir. Qanuna əsasən, bankların daxilində qiymətləndiricilərin fəaliyyəti mümkün deyil. Çünki maraqlı tərəf qiymətləndirici kimi çıxış edə bilməz. 
N.İbrahimov bildirib ki, buna görə də müstəqil qiymətləndiricilərin gəlirlərində bankların sayı kəskin azalıb: "Bizim portfelimizdə əvvəllər bank sektorunun payı 80-85% idisə, 2016-cı ildə bu göstərici cəmi 4%-ə düşüb. Gəlirlərimizdə başqa sahələrin, xüsusilə də fərdlərin sayı çoxalıb".
Qeyd edək ki, hazırda Azərbaycanda 200-dən çox qiymətləndirici fəaliyyət göstərir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/nusret-i-brahimov-azerbaycanda-bezi-banklar-qanunvericiliyi-pozur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR