Türkiyə Super Liqasının yayım hüququ 600 milyon dollara satıla bilər

Türkiyə Super Liqasının yayım hüququ 600 milyon dollara satıla bilər
14:12 15 Noyabr 2016
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə Super Liqasında növbəti 5 mövsümün yayım hüququ yüksək məbləğə satıla bilər. "Report"un "Fanatik"ə istinadən verdiyi məlumata görə, noyabrın 21-də keçiriləcək tenderdə çempionatın yayım hüququnun 600-650 milyon dollara satılacağı gözlənilir.
Türkiyə Klublar Birliyi Komitəsinin sədri Göksel Gümüşdağ çempionatın yayım hüququnun təxminən bu dəyərdə satılacağını və bununla da yeni rekordun qeydə alınacağını bildirib.
5 il müddətinə nəzərdə tutulan yayım hüququ üçün 4 fərqli paket hazırlanıb. A paketi 425 milyon dollar, B paketi 45 milyon dollar, C paketi 15 milyon dollar, D paketi isə 495 milyon dollardan satışa çıxarılacaq. Amma hərracda bu məbləğin yüksələcəyi gözlənilir. 
Qeyd edək ki, 2010-cu ildə keçirilmiş tenderdə yayım hüququ 213.3 milyon dollardan satışa çıxarılıb və "Digiturk" 321 milyon dollar ödəyərək tenderin qalibi olub.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/turkiye-super-liqasinin-yayim-huququ-600-milyon-dollara-satila-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR