Xatirənin ərinin rütbəsi artırıldı - FOTO

Xatirənin ərinin rütbəsi artırıldı - FOTO
14:32 15 Noyabr 2016
347 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Xatirə İslamın əri Fəxrəddin bəyin rütbəsi artıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda sosial şəbəkədə paylaşım edib. O, ailəsi ilə birlikdə şəklini yayımlayaraq, həyat yoldaşını təbrik edib. Paylaşdığı fotonun altına izləyicilərin tənqid yazması ifaçını əsəbləşdirib. 

X.İslam şəkli silərək, bundan sonra şəxsi həyatı ilə bağlı heç bir paylaşım etməyəcəyini bildirib:

"Dünən ailəmdə baş verən sevincli anları sizinlə paylaşdım. Buna sevinmək əvəzinə divar kağızını, yoldaşımın və övladımın geyimini müzakirə etdiniz. Bu səbəbdən şəxsi həyatım barədə az məlumat bilsəniz, yaxşıdır".

Qeyd edək ki, ifaçının həyat yoldaşının rütbəsi mayor idi. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/489603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR