"Əlimizdən gələni edirik ki, atam yaşasın" - xalq artistinin oğlu

"Əlimizdən gələni edirik ki, atam yaşasın" -  xalq artistinin oğlu
14:36 15 Noyabr 2016
264 Şou
Ölkə mətbuatı
A- A+

Hər iki ayağı amputasiya olunan xalq artisti Muxtar Maniyev həkim nəzarətində müalicəsini ev şəraitində davam etdirir.

Axşam.az-ın publika.az-a istinadən xəbərinə görə, xalq artistinin oğlu Tural Maniyev atasının son günlər şəkərli diabetdən və təzyiq “oynamasından” əziyyət çəkdiyini deyib:

“Atam mütəmadi həkim nəzarətindədir, onu dava-dərmanla saxlayırıq. Son vaxtlar havaların soyuması ilə əlaqədar səhhətində narahatlıqlar oldu. Şəkərli diabet və təzyiq “oynamasından” əziyyət çəkdiyi üçün həkimlər ona müəyyən qadağalar qoyub. Deyirlər mütləq pəhriz saxlamalıdır. Əvvəllər buna o qədər də riayət etmədiyi üçün səhhətində müəyyən problemlər yaranmışdı. İndi pəhriz saxlayır. Allaha təvəkkül, həkimlər də, biz də əlimizdən gələni edirik ki, atam çox yaşasın”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR