Putin “ağır topu”nu Sarkisyanın üzərinə göndərir

Putin “ağır topu”nu Sarkisyanın üzərinə göndərir
14:38 15 Noyabr 2016
422 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın “Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru, “Rossia 1” telekanalının aparıcı Dmitri Kisleyov Ermənistan prezidenti Serj Sarkisyandan müsahibə alacaq.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti yazıb.

Qəzetin məlumatına görə, müsahibə bu gün baş tuta bilər.

Qeyd edək ki, D. Kiselyov ötən ay Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə müsahibə alıb. Həmin müsahibədə diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidentinin “Dağlıq Qarabağa Muxtariyyət verə bilərik, bundan artığını yox” deməsi idi.

Kremlin mediada “ağır topu” olaraq tanınan Kiselyovun Azərbaycan liderindən sonra Sarkisyanla müsahibəyə getməsi diqqət çəkir. Xüsusilə bunun cəbhədə gərginliyin artdığı, Azərbaycan Ordusunun hərbi təlimlər keçirdiyi bir vaxtda baş verməsi maraqlıdır.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176016.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR