Dünyaca məşhur azərbaycanlılar - FOTOLAR

Dünyaca məşhur azərbaycanlılar - FOTOLAR
14:48 15 Noyabr 2016
2914 Şou
Ölkə mətbuatı
A- A+

Publika.az Azərbaycan kökənli dünyaca məşhur müğənni, aktrisa, modelyerləri araşdırıb. Onları təqdim edirik:

Sami Yusif

Britaniyalı müğənni, bəstəkar, çalğıçı, İslam dinini təbliğ edən mahnıların ifaçısı. 1980-ci ildə Tehranda doğulub. Onun valideynləri etnik azərbaycanlılardır. Sami Yusif albomlarının satışına və “Youtube”da izləmə sayına görə dünyada ikincidir.

Timur Rodrigez

Əsil soyadı Kərimovdur. Rus şoumeni, müğənni və aparıcıdır. 1979-cu il oktyabrın 14-ü Permdə, kukla teatrın aktyoru olan azərbaycanlı Mikayıl Kərimov və tərcüməçi, alman dili müəllimi, yəhudi Zlata Yefimova nikahından dünyaya gəlib.

Rüstəm Cəbrayılov

Aktyor və model. 1986-cı il 8 iyunda Luqans şəhərində, Azərbaycan ailəsində doğulub. "The Best Model Of Azerbaijan 2006" müsabiqəsinin qalibidir. İstanbulda keçirilən "The Best Model of the World 2007" müsabiqəsində 90 nəfər arasında ən yaxşı kişi modeli seçilib. "Nissan", "Samsung", "Brioni", "Gucci", "Yves Saint Laurent", "D&G", "Marc Ecko", "Çinici Collection", "Century 21" kimi şirkətlərlə çalışıb.

Rober Osseyn

Fransız teatr və kino aktyoru, rejissor, prodüser, “Marini” (Paris) teatrın rəhbəri. Ən böyük uğuru Ann və Serj Qolun Anjelika haqqında yazdığı romana çəkilən filmdə Joffreya de Peyrak rolu olub. 1927-ci ilin 30 dekabrında doğulub. Onun atası skripkaçı və bəstəkar Andre Osseyn (Aminulla Huseynov 1905-1983) azərbaycanlı, anası isə tacikdir. Osseyn Səmərqənd şəhərində doğulub.

Paniz Yusifzadə

Azərbaycan kökənli kanadalı model və “Miss Universe Canada 2010” müsabiqəsinin qalibi. Tehranda doğulub. 10 yaşında isə ailəsi ilə birlikdə Vankuverə köçüb.

Bahar Kian Əfşar

İran aktrisası. Azərbaycanın məşhur əfşar tayfasındandır.

Sara Şah

Amerika aktrisası və fotomodelidir. Atası cənubi azərbaycanlıdır, anası isə İspaniyadandır.

Andrea Kərimli (Mantea)

Azərbaycan kökənli rumın modeli.

Nəsrin Cavadzadə

Türkiyədə məşhur aktrisadır. Azərbaycanlıdır. 11 yaşında Türkiyəyə köçüb və hazırda türk filmlərində rol alır.

Byanka Balti

Məşhur İtaliya modeli. Atası da məşhur İtaliya modelidir, anası isə Azərbaycanda doğulub.

Aylar Dianati Li

Norveçdə fotomodel və aktrisadır. Milləti Cənubi Azərbaycandandır.

Mələk


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/176018.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR