Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lisey şagirdi adam bıçaqladı

Lisey şagirdi adam bıçaqladı

Date: 15 November 2016 14:52

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 11:30 radələrində Göyçay şəhərində qeydə alınıb. Rayonun Bığır kənd sakini, Göyçay Peşə Liseyinin şagirdi, 1997-ci il təvəllüdlü Eyyubov Ramil Faiq oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Şuşa şəhərindən olan məcburi köçkün, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin yataqxanasında yaşayan, 1998-ci il təvəllüdlü Vəliyev Elnur Pənah oğlunu bıçaqlayıb. Elnur Vəliyev təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onu xilas ediblər.
 
Hazırda hüquq-mühafizə orqanları hadisə yerindədir. Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Tags:  Lisey şagirdi adam bıçaqladı

RƏYLƏR


Top news