Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb

Biləcəri və Xırdalan elektrik qatarı stansiyalarının görüntüləri yayılıb
14:52 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Noyabrın 19-dan etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarları Biləcəri və Xırdalan stansiyalarında da dayanacaq. Bu barədə "Report" "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib: "Bununla bağlı hazırlıq işləri artıq başa çatmaq üzrədir". 
Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket, cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.
Xırdalan stansiyasiyasında isə 450 metr uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq tikilib.




Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bileceri-ve-xirdalan-elektrik-qatari-stansiyalarinin-goruntuleri-yayilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR