Çingiz ilk dəfə etiraf etdi: "Boşanmışam..."

Çingiz ilk dəfə etiraf etdi:  "Boşanmışam..."
14:56 15 Noyabr 2016
280 Şou
Ölkə mətbuatı
A- A+

ARB TV-də yayımlanan "Gəlin danışaq" verilişinin qonağı olan dicey Çina (Çingiz Mustafayev) şəxsi həyatından danışıb.

Axşam.az-ın məlumatına görə, dicey bir dəfə ailə qurub boşandığını etiraf edib:

"Bunu heç kim bilmirdi. Xasiyyətimiz düz gəlmədi, 2007-ci ildə ayrıldıq. Amma indi peşmanam. Məndə ulduz xəstəliyi başladı, başımı itirdim. Qısqanclıqlar çox olurdu. Bəlkə indi o ailə qurub. İstəmirəm mənə görə ailəsində söz-söhbət olsun. Yeni ailə quran insana keçmişdən məlumat gələndə problem olur. Ona görə uzaqlaşdım. Çox gözəl dostdur. O mənə dedi ki, səninlə keçirdiyim illərə görə peşman deyiləm. Bir məktəbdə oxumuşuq. Münasibətlərimiz son zəngdə başlamışdı. İndiki vaxtda o cür məhəbbət tapmaq mümkün deyil".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR