İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı

İntizam Komitəsi bir-birini söyən futbolçuları cəzalandırdı
14:57 15 Noyabr 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, toplantıda I divizonun XI turunda baş verən neqativ hallar hüquqi qiymətini tapıb.
 
"Şərurspor" - "Şahdağ" matçının 90+2-ci dəqiqəsində hər iki komandanın oyunçuları arasında qarşıdurma yaranıb. Bir-birilərini təhqir etdikləri üçün birbaşa qırmızı vərəqə alan qonaqlardan Ramin Mansurovla ev sahiblərinin üzvü Musa Rəhimov İK tərəfindən 3 oyunluq cəzaya məruz qalıblar. Bundan əlavə, hər iki klub 160 manat cərimə olunub.
 
Qeyd edək ki, görüş "Şərurspor"un 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR