Binəqədi rayonunda daha bir küçə təmir olunur

Binəqədi rayonunda daha bir küçə təmir olunur
15:07 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsi təmir edilir. Təmir küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissəsində aparılır. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən məlumat verilib. 
Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1 500 poqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.
Hazırda aidiyyəti qurum tərəfindən təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti bitdikdən sonra, yolun hərəkət hissəsinin asfaltlanması üçün hazır vəziyyətə gətiriləcək. Ümumilikdə küçənin həmin hissəsinin 10 min kv. metrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənəcək.
İşlər tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.







Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bineqedi-rayonunda-daha-bir-kuce-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR