Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır

Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır
15:24 15 Noyabr 2016
51 Digər
Ölkə mətbuatı
A- A+

 
"Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mövcud müqavilələr və razılaşmalar əsasında həyata keçirilir. Hal-hazırda iki ölkənin nəqliyyat qurumları ölkələrimizin avtomobil nəqliyyatında ikitərəfli və tranzit sərnişin və yük daşımaları üzrə tələbatını tam həcmdə təmin edir". Bunu APA-nın Moskva müxbirinə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.
 
Nazirin sözlərinə görə, bu il Rusiya və Azərbaycanın Nəqliyyat Nazirliklərinin nümayəndələrinin bir neçə görüş keçirilib və görüşlərdə qarşılıqlı fəaliyyətin inkişafına dair aktual məsələlərə baxılıb: "Belə ki, oktyabrda Rusiya ilə Azərbaycan arasında beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq məsələlərinə dair birgə komissiyanın növbəti iclası keçirilib. Həmin iclasda tərəflər avtomobil nəqliyyatı sahəsində əməkdaşlığa dair vacib məsələləri müzakirə ediblər. Bundan başqa komissiyanın iclasında avtomobil nəqliyyatında yükdaşımaların həcminin artması ilə əlaqədar Rusiya və Azərbaycan tərəfindən ölkələrimiz arasında yüklərin daşınması üçün icazələrin sayının artırılması barədə qərar qəbul olunub".
 
M. Sokolov dəmiryolu nəqliyyatı sahəsində Rusiya və Azərbaycan arasındakı mövcud münasibətlərə də toxunub. Nazir dəmiryolu nəqliyyatı sahəsində ikitərəfli və tranzit yükdaşımaların inkişafına istiqamətlənən "Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC arasında konstruktiv qarşılıqlı fəaliyyətin olduğunu qeyd edib.
 
Rusiyalı naziri iki ölkə arasında hava və dəniz nəqliyyatının inkişafı perspektivlərindən də danışıb: "Ümid edirəm ki, bu ilin sonuna kimi hava və dəniz nəqliyyatının inkişafı ilə bağlı danışıqlar baş tutacaq. Fikrimcə, bu danışıqlarda ölkələrimiz arasında hava və dəniz nəqliyyatında sərnişin və yük daşımalarının həcminin artırılması üçün əlverişli şəraitin yaradılması məsələlərinə baxılacaq".
 
İki ölkə arasında yol təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına toxunan M. Sokolov bildirib ki, bu baxımdan Samur çayı üzərində yeni avtomobil körpünün tikintisi böyük əhəmiyyətə malikdir.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259550

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR