“Qəbələ”nin UEFA Gənclər Liqasında iştirakı üçün ödənilən məbləğ klubun hesabına köçürülüb. Fanat.Az xəbər verir ki, UEFA tərəfindən “qırmızı-qaralar”a 26 min avro maliyyə vəsaiti ayrılıb.
Qeyd olunan vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada klubun hesabına köçürülüb.
“Qəbələ” Gənclər Liqasının Çempionlar yolunun I mərhələsinin Rusiyanın “Dinamo” klubuna hər iki matçda uduzmuşdu – 0:2, 0:4.