Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ordumuzun Naxçıvanda təlimləri davam edir - FOTO

Ordumuzun Naxçıvanda təlimləri davam edir - FOTO

Date: 15 November 2016 15:37

Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində "Həyəcan" siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.

Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

Milli.Az






Tags:  Ordumuzun Naxçıvanda təlimləri davam edir FOTO

RƏYLƏR


Top news