Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin biletləri dekabrda satışa çıxaraılacaq

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin biletləri dekabrda satışa çıxaraılacaq
15:42 15 Noyabr 2016
56 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, biletlər www.bakucitycircuit.com saytında onlayn qaydada satılacaq.
Biletləri erkən alanlar 30 %-dək endirimlə 4 günlük biletlər əldə edə biləcəklər. Bu kampaniya 2017-ci il yanvarın 31-dək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. 4 günlük biletlərin sahibi trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyunda keçiriləcək Pit Yolu yürüşündə iştirak imkanı qazanacaq. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmə fürsətinə sahib olacaqlar. Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli “gənc” biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir.
Qran Priyə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı, trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir. Bununla yanaşı, yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalardan izləmək istəyənlər üçün bir günlük Ayaqüstü Biletlər təklif edilir.
Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 manat, bir günlük Ayaqüstü Biletlərin qiyməti isə 60 – 150 manat arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/bakida-kecirilecek-formula-1-uzre-avropa-qran-prisinin-biletleri-dekabrda-satisa-cixarailacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR