Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Külli miqdarda vergidən yayınan şəxslərdən ikisi azadlığa buraxıldı

Külli miqdarda vergidən yayınan şəxslərdən ikisi azadlığa buraxıldı

Date: 15 November 2016 15:49

 

Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən Səbuhi Qazıyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən Səbuhi Qazıyev və Elvin Əsgərov vergi üzrə borcunu ödəyiblər.

 

Sonra məhkəmədə təqsirləndirilən şəxslər son söz deyiblər.

 

 

Prosesdə hökm oxunub.

 

 

Hökmə əsasən, Həsənağa Babayev 5 il 6 ay, Hüseyn Bayramov 5 il, Elman Rəhimov 7 il, Əlirza Kərimov 4 il, Səadət Cəfərov 3 il 6 ay, Tərxan Şirinov 4 il, Ramşan Rzayev 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

 

Səbuhi Qazıyev və Elvin Əsgərov isə məhkəmə zalından azadlığa buraxılıblar.

 

 

Qeyd edək ki, istintaq tədbirləri nəticəsində sübuta yetirilib ki, 07.07.2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 03.03.2014-cü ildən isə həmin filialın Xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Babayev Həsənağa Məmmədhüseyn oğlu vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaq məqsədilə, tanışları Şirinov Tərxan Ceyhun oğlu, Rəhimov Elman Hətəm oğlu, Bayramov Hüseyn Yadulla oğlu, Kərimov Əlirza Abuzər oğlu və Cəfərov Səhadət Səməd oğlundan ibarət, Qazıyev Səbuhi Ağabala oğlu isə Rzayev Ramşan Mahir oğlu və Əsgərov Elvin Cəmil oğlundan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq, 2012-2014-cü illər ərzində həmin qrupların fəaliyyətinə rəhbərlik ediblər.

 

 

Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə külli miqdar təşkil edən 1 270 884 46 manat məbləğində vergilər dövlət büdcəsinə ödəməkdən yayındırılıb.

 

 

İstintaq-əməliyyat tədbirləri ilə qeyd olunan şəxslər tərəfindən bir sıra cinayət əməllərinin törədildiyi toplanmış təkzibolunmaz faktlarla – ilkin mühasibatlıq sənədləri, şahid ifadələri, telefon əlaqələrinin təhlili və yoxlanılması, ekspertiza rəyləri və digər istintaq dəlilləri ilə tam sübuta yetirilib. Dövlətə vurulmuş ziyandan 190 550 manatı ödətdirilib, 363 987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.

 

Dəstənin üzvlərinə Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham elan edilmiş, onlardan yeddi nəfəri barədə məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.


Tags:  Külli miqdarda vergidən yayınan şəxslərdən ikisi azadlığa buraxıldı


RƏYLƏR


Top news