Sabah Bakıda müəllimlər imtahan verəcək

Sabah Bakıda müəllimlər imtahan verəcək
15:53 15 Noyabr 2016
360 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, imtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə imtahan 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edəcək.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir.

İmtahanda iştirak edən hər bir müəllimə müvafiq sertifikat veriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/176024.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR