Beyləqanda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Beyləqanda 2 ədəd partlamamış hərbi sursat aşkarlanıb
16:02 15 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Beyləqan rayonunda 5 ədəd top mərmisinin gilizi və 2 ədəd partlamamış hərbi sursat aşkar edilib.
Bu barədə “Report”a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.
Belə ki, rayonun Birinci Şahsevən kəndində dəmir yol stansiyasının yaxınlığındakı ərazidə 5 ədəd top mərmisinin gilizi (boş) və 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi (OF-462), 125 mm-lik top mərmisi (OF-26)) aşkar edilərək götürülüb.
ANAMA tərəfindən 1500 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik aprelin 7-dən noyabrın 15-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmiryolu stansiyası ərazisinə baxış keçirib, 3 955 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 43 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.





Xəbərin orijinal ünvanı: https://report.az/hadise/beyleqanda-2-eded-partlamamis-herbi-sursat-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR