Binanıza istilik gəlmirsə, narahat olmayın: "Sabah axşama kimi..."

Binanıza istilik gəlmirsə, narahat olmayın: "Sabah axşama kimi..."
16:12 15 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gündən etibarən ölkədə istilik mövsümü başlayıb. Bütün qazanxanalar qrafik üzrə çalışmağa başlasa da, sosial şəbəkələrdə hələ də mənzillərinə istiliyin verilmədiyini yazanlar var.

Milli.Az bildirir ki, qafqazinfo məsələylə bağlı "Azəristiliktəchizat" ASC-nin abonent və müştəri xidmətlərinin rəhbəri Rafiq Əliyevlə əlaqə saxlayıb. R.Əliyev bildirib ki, iri rayon qazanxanalarında müəyyən zaman tələb olunur. Ancaq ən pis halda sabah axşama kimi bütün mənzillər istiliklə təmin olunacaq:

"Bu gün təsdiq olunmuş qrafikə uyğun olaraq 540 qazanxana, 92 istilik məntəqəsi artıq işə başlayıb.

Qazanxanaların texniki parametrləri elə tələb edir ki, temperatur tədricən qaldırılsın. Temperatur hər 2-3 saatdan bir 5 dərəcə artır. Bundan başqa, sistemdə tənzimləmələr aparılır. Bu da iri rayon qazanxanalarında müəyyən zaman tələb edir. Əraziyə uyğun olaraq hətta 2 gün tələb olunan yerlər də var. Çünki onların sistemində 5 min ton kuba yaxın su var. Bu da müəyyən zaman tələb edir. Amma heç kimin şübhəsi olmasın, heç bir qazanxanada problem yoxdur və ən yaxşı halda bu gün axşama, ən pis halda isə sabah axşama kimi bütün binalar istiliklə təmin olunacaq.

R.Əliyev onu da qeyd edib ki, artıq sabah axşam da istilik problemi yaşayan mənzillər olsa, deməli, onların binasının girişində və yaxud blokda nəsə bir problem var:

"Bu kimi hallarda bizə müraciət olunmalıdır. Biz onlara fərdi yanaşaraq problemi araşdıraraq həll edək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489650.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR