“Normal qadın içkili vəziyyətdə klubdan çıxmaz...” - Kamran Ağayev

“Normal qadın içkili vəziyyətdə klubdan çıxmaz...” -   Kamran Ağayev
16:17 15 Noyabr 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Daha bir müğənni içkili halda sükan araxasında tutuldu - FOTO (24 Aprel 2017 11:05)
Kamran mətbuata görə klubsuz qalıb? - ABSURD (22 Aprel 2017 16:07)
"Boavişta" Kamran Ağayevlə yollarını ayırdı - RƏSMİ (17 Aprel 2017 21:28)

Azərbaycan millisinin və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayevin “Qafqazinfo”ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Sizi Azərbaycanın ən maraqlı, məzəli futbolçusu kimi tanıyırıq. Adama elə gəlir Kamran olan yerdə ancaq gülüş var.
- Yox, elə deyil. Yəni hər yerdə gülmək, “hi, ha” etmək olmaz. Bu mümkün deyil. Hər zaman gülmürəm. Ailəmdə fərqli oluram. Düzdür, onlarla da zarafat edirəm. Amma hər şeyin həddi var. Elə yerlər var ki, çox ciddi olmalıyam. Razıyam ki, mənim günüm zarafatla keçir. Hər kəsə maraqlı gəlirəm və özümü də maraqlı insan sayıram. Heç kimin xətrinə dəyən nəsə etmərəm. Aciz biri də deyiləm. Yeri gələndə çox ciddi hərəkət edirəm və arxasında da dururam. Hər adamla zarafat edə bilərəm. Məhləllədə də bunu bilirlər, millidə də, artıq “Boavişta”da da...

- Adətən çox zararatcıl insanların gülən üzünün arxasında ya ciddilik, ya da böyük kədər gizlənir. Sizdə necədir vəziyyət?
- Tək böyüyən adamam. Kədər hər insanda var. Qəm çəkmək, xəyallara dalmaq hamıda olur. Hər kəs öz dərdini böyük sayır bəlkə də. Lakin bəzən baxırsan ətrafına və görürsən ki, dərdi dağlar qədər olan insanlar var. Onda mənimki heç nədir deyib şükür edirsən. Dərdsiz adam yoxdur. Amma onlara bağlanıb yaşamaq lazım deyil. Bu barədə çox düşünmürəm, Allah sevgisi mənə bəs edir.

- Portuqaliyadakı ilk oyununda uğursuz çıxış etdiniz. Amma sonradan əsas qapıçıya çevrildiniz...
- Heç kəs heç nədən sığortalanmayıb. Bunu həmin vaxt səhv edəndə də demişdim. Futbolda belə şeylər qaçılmazdır. Bəlkə də sabah Portuqaliyaya qayıtdıqdan sonra oyunum heç alınmayacaq və yeni səhvlər edəcəm.

- Elə bu yaxınlarda oyunların birində qələbəni azarkeşlərlə çılğın şəkildə qeyd etdiniz. Həmin görüntülər Azərbaycanda müzakirə mövzusu oldu...
- Onlar ani baş verən şeylərdir. Hisslərə qapılıb edirsən. Təki qələbələr olsun. Qalib gəldikcə insan daha çox sevinir. Qələbəni də ürəkdən qeyd etmək istəyirsən.

- Portuqaliyada yaşamaq çətin deyil ki?
- Bu barədə danışmaq özü də çətindir. Çünki vətən başqadır. Sən doğma torpaqda hiss etdiyin kimi özünü heç yerdə yaxşı hiss edə bilməzsən. Doğmaların, qohum-əqrabanın yanında insan başqa cür yaşayır, üzülmür, darıxmır.

- Darıxırsız?
- Bəli, darıxıram. Çətinlik çəkmirəm, çünki çətinliyə öyrəşmişəm. Düzdür, arxamca ağlayanım yoxdur. Amma vətəni heç nəyə dəyişmək olmur. Nə qədər yaxşı ölkədə də yaşasan da, doğulduğun yerin həsrətini çəkirsən.

- Bəs, dil problemini necə həll edirsiz? Portuqal dilini öyrənirsiz?
- İngilis dilində danışmağa çalışıram. Düzdür, Portuqaliyada ingilis dilini az adam bilir. Yerli dildən bəzi sözləri öyrənmişəm. Loru dildə izah edim: “ovçarka itlər kimi başa düşürəm, danışa bilmirəm”.

- Yaxın dostunuz Ruslan Əmircanov da demişdi ki, Kamran Ağayev ingilis dilində danışa bilsə “qulağımı kəsərəm”...
- Ruslan çoban itidir ki, qulağı kəsilsin? (gülür). Doğrudan, Ruslanın qulağının biri qalxır, biri qalxmır. Kəsmək olar. İkisi də eyni cür olsun. Təbii ki, mən qrammatika ilə ingiliscə danışa bilmərəm. Ruslan qrammatikanı yaxşı bilir. Amma öz bildiyim kimi başa salıram. Düzdür, ingilisin özü ilə danışanda elə söz deyir ki, anlamıram. Gözlərimi döyürəm. Əmircanov özü türk dilini bilmir. Buna görə onu qınamıram. Ümumiyyətlə, son zamanlar o ustadının (özünü nəzərdə tutur) üzünə ağ olur.

- Yeri gəlmişkən, Ruslan müsahibəsində sizinlə bağlı “Qadın şubası” zarafatı maraqla qarşılanmışdı. Məsələni şişirtmişdi, yoxsa həqiqətən elə idi?
- Yox, şişirtməyib. Mənim iki eyni şubam var. Biri kəsilmişdi, digəri isə yox. Birlikdə toya getmişdik. Adam çox idi və qarderobda yer az qalmışdı. Şubaları bir-birinin üstünə asmışdılar. Toydan çıxanda gördüm ki, bir xala mənimkini geyinib gedirdi. Qaçıb saxladım və bildirdim ki, səhv şubanı geyinmisiniz. İndi xalaya deyirəm ki, gözlə gedim sizin şubanızı gətirim. Mən qarderoba tərəf gedirəm, xala da aradan çıxmaq istəyir. Nəsə birtəhər məsələni yoluna qoyduq. Ruslan da bu məqamda xalaya deyir ki, bu qadın şubasıdır, sizi qınamıram.

Sizə bir şey danışım. Dostumuz Nakim var. Özünə cırıq-cırıq cins almışdı. Aparıb evə ki, nənəsi yusun. Nənə də yuyandan sonra görüb ki, hər yerində cırıq var. Başlayıb şalvarı tikməyə.

- Ruslanla maraqlı əhvalatlarınız çoxdur?
- Onunla başımıza o qədər hadisələr gəlib ki... Hansını deyim? Gələn kimi onunla görüşdüm. Dünən də, bu gün də bir yerdə idik. Birlikdə böyümüşük, 20 ildir ki, bir-birimizi tanıyırıq. Bir qabda yemək yeyib, eyni paltarları geyinən adamlarıq. Çörəyimiz, suyumuz bir olub.

Bir dəfə Saşa Yunisoğlunun toyu olmalı idi. Məşq edirdim. Ruslan da zəng etdi ki, gəl, toya gedək. Dedim ki, toy sabahdır, az zəng elə. Çox dedi ki, bu gündür, gəl gedək. Mən də hazırlaşdım getdik. Maşını dayanacaqda saxladıq və söhbət edə-edə yuxarı qalxdıq. Girdik içəri. Bizi qarşıladılar və apardılar stola. Baxdım ki, stolda heç kimi tanımıram. Amma hamı mənimlə salamlaşır. Məşqdən də çıxmışdım, çox ac idim. Oturan kimi çörəyi əlimlə böldüm və başlayırdım ki, yeməyə. Ruslan böyrümdən vurdu ki, bir bəyə bax. Gördüm Saşa deyil. Dedim ki, “yandırma”, yavaş-yavaş aradan çıxaq.

- Ruslan deyir ki, Kamran Portuqaliyadan gecə saat 3-də səs yazısı ilə qafiyə açıb Vatsapda mesaj göndərir...
- Bizim münasibətimiz hər kəsdən fərqlidir. Çox zarafat edirik. Hə, düz deyir belə şey olub. Qafiyə də belə idi:

“İndi salam Portuqaliyadandır
Həmin adam Portuqaliyadandır”.

Tam yadımda qalmasa da, Ruslan da belə bir şey göndərmişdi:

Yeyirsən balıq dəniz okean qırağında 
Kürü də vardır qabağında
Bizə də gətir 300 qram Portuqaliyadandır

Mən də bu cür cavab verdim:

Bizim ikra əladır çıxıb imtahandan
Burda guya ikra var başlamısan yalandan
Qoz-fındıq Azərbaycana gəlir İrandan
Püstə-badam Portuqaliyadandır.

Bir-iki dənə dedik. Sonra başladı ki, “ayə, saat bax sonra səs göndər”. Portuqaliyada saat 11 olanda burda gecə 3 olur. Mən də yatanda bekarçılıqdan səs atıram. Ruslan da 3 gün sonra cavab yazır. Onunla maraqlı şeylər o qədərdir ki... Ümumiyyətlə, futbolçularla münasibətimiz əladır. Onlar hər zaman ya bura (öz məkanını nəzərdə tutur) gəlirlər, ya da Mirhüseyn Seyidovun yanına gedirlər. Bura gəlirlər və deyib-gülür. Kənar adam olmur.

- Qadını döydüyün barədə çıxan söz-söhbətlər nə dərəcədə doğru idi? Düzü, inanmaq çətin idi ki, Kamran kimi mülayim adam belə bir iş görsün.
- Mən o qadına əl qaldırmamışdım. Sadəcə burda olanda özünü apara bilməmişdi. Lazım olanlar da onu “saçlayıb” atmışdılar çölə. O da jurnalistə ağzına gələni danışmışdı. Heç təlim-məşq toplanışı vaxtı da hadisə baş verməmişdi. Hamı şişirtdi məsələni. Mənə görə normal xanım saat 11-də içkili vəziyyətdə klubdan çıxmaz. Xanım ola bilər ki, həmin an küçədə olsun. Qohumunun evindən, ailəsi ilə restorandan gələ bilər. Amma bunun kimi yox. İçib söyüş söymək olmaz. Mən bu məkanın sahibi olsam da, icarəyə vermişəm. İcazə ilə gəlib otururam. Xoşuma gəlməyən nəsə olanda əmioğlum məndən qabaq həll edir. Kimsə artıq-əskik danışanda o “saçlayıb” atır küçəyə. O xanım da hadisədən sonra deyib ki, gör sizi nə edəcəm? Hər şeyi jurnalistə danışıb. Burda kameralar var. Əgər lazım olsa, hüquq-mühafizə orqanları da gəlib baxa bilərlər. Yəni xanım gedib polisə desəydi, gəlib baxacaqdılar. Ona görə də hamısı yalan idi.

Haqqımda qərəzli çox yazırlar. Mən də Azərbaycan vətəndaşıyam, jurnalistlərin də qardaşıyam. Sabah müharibə olsa, gedib eyni səngərdə döyüşəcəyik. Məni xalqın gözündən salmaq istəyirlər. Amma alınmır. “Qəbələ”də oynayanda avtobusda gəlirdik və gənc bir komanda yoldaşım yanımda oturmuşdu. Jurnalistlərdən biri zəng etdi ki, filan qədər pul ver, səni reklam edim. Aldım telefonu cavabını verdim. Həmin o komanda yodaşım da dedi ki, bunun ““başı qaçıb”, jurnalist adama belə söz deyər?”. O dönəmdən sonra həmin adam mənim haqqımda qərəzli yazır. Mən ideal adam deyiləm və səhvlərim var. Xarakterim bir az çətindir. Özümdən tez çıxıram, tez əsəbiləşirəm. Ola bilər ki, hansısa qadını vurum. Elə söz deyərlər ki, çarəm qalmaz. Bir dəfə hansısa qadına əl qaldırmışam. Çoxdan olub. Bərk döyməmişəm, sadəcə itələmişəm. O da məni pis təhqir etdi. Haqqımda yazdılar, danışdılar.

Mən bir ara büdrəmişdim, amma yıxılmamışdım. Karyeramda bir az eniş oldu, zədə aldım. Hər şey keçdi. Bir gün idman həyatı bitəcək və mən də adi bir insan olacam. Mən 90 dəqiqə qapıçıyam. Ondan sonra hər kəslə eyni adamam.

- Ümumiyyətlə, qarşı cinsə münasibətiniz necədir? Üstəgəl, subaysız.
- Qadınlara inamım yoxdur. Heç vaxt da kimisə sevməmişəm. Amma vurulmaq hər kəsin həyatında olan hadisədir. Kişi üçün ən böyük zərbələrdən biri odur ki, vurulduğun qadın pozğun, əxlaqsız ola. Hər halda anladın nə demək istəyirəm. “Təhminə və Zaur” filmindəki kimi. İnsan layiq olan adamı sevməlidir. Məncə, heç kim pozğunu, fahişəni sevməz. Düzdür, sevmək olar amma qarşı tərəf də səni sevsin. Mənə görə isə pozğun qadın heç vaxt sevə bilməz. Sevsəydi, pozğun olmazdı. Kişini kişi edən arvadıdır. Ailə qurmaq məsuliyyətdir. Nə vaxtsa qismət olsa, evlənəcəm. Xanımlara qətiyyən inamım yoxdur, onlar çox şablondurlar. Düzdür, hamıya aid eləmirəm. Səhvsiz, eyibsiz insan yoxdur. Bir qadını sevəndə də hər hansı bir şeyinə göz yummalısan. Biri gözəlliyi olmamasına göz yumur, biri danışığına, biri hərəkətinə... Qadın da kişiyə göz yummalıdır. Hələ ki, nəyinəsə göz yumacağım qadın yoxdur. Bayaq ipucu verdim. Vurulduğun adamın pozğun olması çox pisdir.

- Portuqaliyada yaşayırsınız və qarşınıza ürəyinizə yatacaq, vurulacağınız bir xanım çıxsa, evlənərsiz? Yəni əcnəbi qadınla.
- Həyat insanı hər şeyə məcbur edə bilər. Dünyanın demək olar ki, çox ölkəsində olmuşam. İndiyə qədər olduğum heç bir ölkədə əylənmək üçün belə qadınlara yaxınlaşmamışam. Hətta əylənmək üçün də Azərbaycan xanımını seçirəm. Mən subay adamam və xanımlar olur həyatımda. Amma azərbaycanlılar. Mənim vətənim qadınları mənim üçün hamıdan öndədir. Ən pis Azərbaycan qadınını xaricilərin ən yaxşısına dəyişmərəm. Amma dediyim kimi Portuqaliyada qarşıma elə xanım çıxar ki, vurularam, sevərəm. Orda gözəl qadınlar çoxdur və bunu danmaq olmaz.

- Evdəkilər nə deyir bu fikirlərinizə?
- Atamla dostam. O qədər səmimiyik ki, bəzən atamla danışanda elə bilirlər oğlumla danışıram. Onunla nəfəs alıram. Nə qazanmışamsa, onun sayəsindədir. O, hər şeyimdir. 9 yaşından sonra ondan ayrı böyüsəm də, dayağım olub hər zaman. İdmandan küsdüyüm vaxtlarımda yanımda olub və başa salıb hər şeyi. Bu yaxınlarda qəza törətmişdi. Gördüm ki, çox pis olub. Səbəbini soruşanda “heyif maşından” dedi. Dedim ki, narahat olma, daha yaxşısını alarıq. Allaha çox şükür ki, onun qarşısında mən heç zaman başıaşağı olmamışam. Arxamca polis bölməsinə, xəstəxana qapısına gəlməyib. Elə əziyyət çəkməyib. Onu sevindirməyə çalışıram. Bir dənə evlənmədiyimə görə danlayır. Amma ata desə belə, evlilik asan məsələ deyil. Qismət olsa, evlənəcəm, olmasa da, məcbur edən deyiləm. Evlənmək adı ilə ailə həyatı qurmaqdansa, heç olmasın.

- Portuqaliyada nə yeyib-içirsiz?
- Daha çox balıq yeyirəm. Əksər yeməklərdə donuz əti olduğu üçün ehtiyat edirəm. Dana əti tapıb “Bismillahla” yeyirik. Onların yeməklərini də dadırıq arada.

- Meyxananı orada tanıda bilmisiz?
- Bilirlər nədir. Komanda yoldaşlarımın xəbəri var. Arada mənə deyirlər ki, ingiliscə meyxana de. Cavab verirəm ki, öz dilimizdə güclə deyirəm, ingiliscə necə deyim?

- İdmançıların adının “razborka”larda hallanmasına necə baxırsız?
- İdmançı o insanlara deyilir ki, ölkəmizin bayrağını qaldırır. Hər çiyninə çanta atıb məşqə gedən idmançı deyil. Ona xalq qiymət verir. Qolun gücündən şəhərdə istifadə etmək düzgün deyil. Gücü idmana sərf eləmək lazımdır. Dava etmək itə yaraşar. Ona görə də sakit davranmaq lazımdır. Kiminləsə dava etmək olar. Amma artıq son həddə olanda. Hər gün durub “razborka”ya getmək, dava etmək o deməkdir ki, insanda problem var. Quduz itlər hücum edir kiməsə. Hər qoldan qüvvətli də idmançı deyil.

- Bir az da millidən danışaq. Son oyunlardakı yaxşı nəticəni gözləyirdiniz?
- Yığma komanda haqqında ancaq orada olanda danışmaq istəyərəm. Milli komandanın formasını geyindinsə, başqa şey haqqında düşünmürsən. Adam ana-bacısın qeyrət sayırsa, vətənin də, torpağın da qeyrət saymalıdır. Hörmət eləmək lazımdır. Hər kəs öz evi kimi vətəninə də cavabdehdir. Vətənin hər qarışına qurban. 20 ildir ki, idmanla məşğulam və heç vaxt Azərbaycan üçün nəsə etdiyimi deməmişəm. Milli komandada oldunsa, var gücünlə oynamalısan. Əlindən gələni etmək lazımdır. Kiməsə baxıb düşünmək lazım deyil. Məsələn, çox eşitmişəm ki, deyirlər filankəsin oğlu əsgər getməsi sən də getmə. Əgər biri yaxşı oynamırsa, mən də pis olmalıyam. Yox, mümkün deyil. Hər insan özünə cavabdehdir. Müharibə əmri verilsə, mən ora da gedərəm. Güllə ata bilməsəm də, güllə daşıyaram, avtomat silərəm.

- Bu qədər klub dəyişmisiz. Ən unudulmazı hansıdır?
- Xoş anlar həmişə tez unudulur. Əziyyətli günlər isə çox yadda qalır. Belə bir məsəl var:

Sağalır xəncər yarası
Sağalmır söz yarası

Ardını da özüm deyim
Gedir ağı-qarası
Var Kamranın macərası
Bir nəfərlə dəyib arası

Elə şeylər var ki, unudulmur. Şəxsiyyətsiz insanlar qarşımı kəsmək istədilər. Düşündülər ki, mane olsunlar. Amma alınmadı. Mən futbolla yaşayan adam deyiləm. İdmanı sevirəm, amma mənim üçün ailəmdən vacib deyil. Nə vaxtsa lazım olsa, ailəmə görə futbolu ataram. Madrid “Real”ında oynasam belə...

Fanat.Az





RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.04.2017)

27 Aprel 2017 09:22

Azərbaycanda daha bir çörək istehsalçısı səhmdarlarına hesabat verəcək

27 Aprel 2017 09:17

Almaniya kubokunda finalçılar bəlli oldu

27 Aprel 2017 09:17

UNEC tələbələri “Əcnəbi tələbələrin fikir platforması”nın qalibi olub

27 Aprel 2017 09:14

Dəməşq aeroportunda güclü PARTLAYIŞ

27 Aprel 2017 09:13

"Fənərbağça" əzmkarlıqla şansını qorudu

27 Aprel 2017 09:12

Azərbaycan Beynəlxalq Bankında elektron poçt sistemi qurulacaq

27 Aprel 2017 09:12

Yeni prosessorlu ilk kompüterlər satılacaq

27 Aprel 2017 09:05

CANLI YAYIMDA Quran oxuyarkən canını tapşırdı - VİDEO

27 Aprel 2017 09:03

Lənkəranda ağır yol qəzası baş verib

27 Aprel 2017 08:57

Tramp: "Assanjın həbsinin əleyhinə deyiləm"

27 Aprel 2017 08:57

Kibercinayətkarlar hansı proqramlara üstünlük verirlər?

27 Aprel 2017 08:52

"Türkiyə Somalini bundan sonra da dəstəkləməyə hazırdır" - Ərdoğan

27 Aprel 2017 08:47

Almaniyada kibercinayətkarlıq 80% artıb

27 Aprel 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

27 Aprel 2017 08:47

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 08:43

Venesuela Amerika Dövlətləri Təşkilatını tərk edəcək

27 Aprel 2017 08:42

HTC virtual reallıq peyki buraxacaq

27 Aprel 2017 08:42

ABŞ-da atışma: polis əməkdaşı ölüb - YENİLƏNİB - FOTO

27 Aprel 2017 08:37

Tramp tvitini 3 saata tamamladı

27 Aprel 2017 08:37

Peskov Putin və Trampın görüşü barədə məlumatı təkzib edib

27 Aprel 2017 08:32

Elektronika ərlə arvadı barışdıracaq

27 Aprel 2017 08:32

Obama: "Selfi çəkdirərkən diqqətli olun!"

27 Aprel 2017 08:27

Rusiyada 4,8 bal gücündə zəlzələ olub

27 Aprel 2017 08:22

"Ağıllı” eynək gözlərək kömək edəcək

27 Aprel 2017 08:22

ABŞ-ın hərbi helikopteri qəzaya uğradı

27 Aprel 2017 08:18

Rusiyada terror qruplaşmasının 12 üzvü saxlanılıb

27 Aprel 2017 08:17

“30 il sonra robotlar yüksək vəzifələr tutacaq” - Cek Ma

27 Aprel 2017 08:17

Rusiyada sərnişin təyyarəsi qəza enişi edib

27 Aprel 2017 08:12

Kosmik zibil təmizlənəcək

27 Aprel 2017 08:12

Saçdan min dəfə nazik borucuq yaradılıb

27 Aprel 2017 08:05

İranda sərhəd polisi və cinayətkarlar arasında toqquşma: 8 ölü, 4 yaralı

27 Aprel 2017 08:05

Metro üçün LTE istifadəyə verildi

27 Aprel 2017 08:05

Bakıda avtomobil 37 yaşlı kişini vurdu

27 Aprel 2017 08:03

Bakıda 22 yaşlı gənc ağzından bıçaqlanıb

27 Aprel 2017 08:02

“Naxçıvanda cəviz ağacları soyqırıma məruz qalır” deyənlərin cavabı verildi - VİDEO

27 Aprel 2017 07:58

Bakıda "Lada” avtomobili maneəyə çırpılıb, xəsarət alan var

27 Aprel 2017 07:52

Bakıda “Lada” maneəyə çırpıldı: Sürücü yaralandı

27 Aprel 2017 07:44

ABŞ-da polisi öldürdülər

27 Aprel 2017 07:43

PSJ “Monako”nun daşını daş üstə qoymadı - VİDEO - FOTO

27 Aprel 2017 07:37

Mexikoda ikimərtəbəli mənzil - FOTO

27 Aprel 2017 07:32

“Barselona”dan 7, “Real”dan 6 qol - FOTO

27 Aprel 2017 07:27

“Airbuds Air Translator” dil baryerini aradan qaldıracaq

27 Aprel 2017 07:22

ABŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirəcək

27 Aprel 2017 07:18

Hindistanda silahlılar hərbi düşərgəyə hücum edib: ölənlər var

27 Aprel 2017 07:12

Qəbilə ilə polis arasında qarşıdurma: Polisə oxla cavab verdilər

27 Aprel 2017 07:04

"Bavariya" daha bir tituldan əlini üzdü - VİDEO

27 Aprel 2017 06:43

XİN rəhbəri: "Biz Krımı Rusiya ərazisi kimi tanımaqdan imtina edirik"

27 Aprel 2017 06:32

Nəhəng daş kimi ibadətgah - FOTO

27 Aprel 2017 06:32

Zaxarova: “Trampa şans verin”

27 Aprel 2017 06:04