Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda qadınlar kişini döydülər

Bakıda qadınlar kişini döydülər

Date: 15 November 2016 16:22

Bakıda 51 yaşlı kişi iki qadın tərəfindən döyülüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Qala qəsəbəsi Xuluflu küçəsi 23 ünvanında qeydə alınıb.
Belə ki, 51 yaşlı Elşad Məmmədov yaşadığı mənzildə dostu ilə birgə yeyib-içərkən iki qadını evinə dəvət edib.

Məclisin sonunda qadınlardan biri E.Məmmədovdan göstərdiyi xidmət müqabilində pul istəyib. Bütün pulunu alkoqollu içkilərə sərf etdiyini deyən E.Məmmədov qadınlara verməyə pulu olmadığını deyib. Bu cavabdan qəzəblənən qadınlar onu döyüblər.

Hadisə vaxtı E.Məmmədovun dostu sərxoş olduğundan yatıb.
Döyülən E.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Tags:  Bakıda qadınlar kişini döydülər

RƏYLƏR


Top news