Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Əl-Cəzirə” telekanalının estetik əməliyyatda Türkiyə-Azərbaycan müqayisəsi - VİDEO

“Əl-Cəzirə” telekanalının estetik əməliyyatda Türkiyə-Azərbaycan müqayisəsi - VİDEO

Date: 15 November 2016 16:23

Son illər Azərbaycanda estetik əməliyyatlara maraq artıb. Bu artım türkiyəli həkimlərin də diqqətini çəkib. Bu səbəbdən Türkiyədən Azərbaycana işləmək üçün gələn həkimlərin sayı ildən-ilə artır. Bəzi türkiyəli həkimləri ayda bir dəfə gələrək əməliyyatlarda iştirak edirlər.

“Əl-Cəzirə” telekanalının Azərbaycanda qadınların estetik əməliyyatlara marağı ilə bağlı hazırlanmış sənədli filmində bu fikirlər bir daha təsdiqini tapır.

Filmdə bildirilir ki,estetik əməliyyatlara marağın artması səbəbindən yerli həkimlər təlabatı ödəyə bilmir və xarici mütəxəssislərə ehtiyac yaranıb.

Ayda bir dəfə Türkiyədən Azərbaycana gələn estetik cərrah Esin Aksunqur hər ayın 3 gününü burada keçirir. O, Bakıdakı xəstələrinin sayının təxminən elə Türkiyədəki qədər olduğunu deyib:

“Azərbaycanlılar estetik əməliyyata türkiyəlilərdən daha çox maraq göstərir. Azərbaycanda estetik əməliyyata daha gənc yaşda müraciət edirlər. İki ölkə arasındakı digər fərq isə budur: Azərbaycanda estetik əməliyyat etdirərkən onun diqqət çəkməsini, əməliyyatın başqaları tərəfindən hiss edilməsini istəyirlər”.

Türkiyəli həkimin sözlərinə görə, ölkəsində yay vaxtı estetik əməliyyat etdirənlərin sayı kəskin şəkildə azalır:

“Bu il yayda türkiyəli həkim tanışım Azərbaycanda 40 burun əməliyyatı edib. Türkiyədə isə 3 ay ərzində ümumilikdə estetik əməliyyatların sayı 20-ni keçməyib”.

Gülxar


Tags:  Əl-Cəzirə telekanalının estetik əməliyyatda Türkiyə-Azərbaycan müqayisəsi VİDEO

RƏYLƏR


Top news