Almaniya XİN başçısı Türkiyə ilə Aİ üzvlüyü mövzusunda danışıqların dayandırılmasına qarşı çıxıb

Almaniya XİN başçısı Türkiyə ilə Aİ üzvlüyü mövzusunda danışıqların dayandırılmasına qarşı çıxıb
16:27 15 Noyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyü mövzusunda danışıqların dayandırılmasına qarşı çıxıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Almaniya XİN başçısı bu barədə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Avropa paytaxtları yox, Ankara Avropa İttifaqı ilə danışıqlarla bağlı qərar qəbul etməlidir. Şəxsən mən danışıqların dayandırılmasının əleyhinəyəm" - Frank-Valter Ştaynmayer deyib.
Almaniya XİN başçısı ölkəsinin Türkiyə ilə münasibətlərin inkişafı üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/region/almaniya-xi-n-bascisi-turkiye-ile-ai-uzvluyu-movzusunda-danisiqlarin-dayandirilmasina-qarsi-cixib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR