Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Rusiyanın teatr rəhbərləri Bakıda - FOTOLAR

Rusiyanın teatr rəhbərləri Bakıda - FOTOLAR

Tarix: 15 Noyabr 2016 16:28

Musiqili Teatrda “Teatr və multikulturalizm” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizə gələn Rusiya Federasiyasının aparıcı teatr kollektivlərinin rəhbərləri ilə görüş keçirilib.

Teatrın mətbuat katibi Samir Sədaqətoğlu Publika.az bildirib ki, görüşdə Musiqili Teatrların Beynəlxalq Assosiasiyasının İcraçı direktoru Natalya Zıkova, Sverdlovsk Akademik Musiqili Komediya Teatrının baş direktoru Mixail Safronov, eləcə də Rusiya Federasiyasının nüfuzlu teatr tənqidçisi Larisa Barikina iştirak edib.

Musiqili Teatrın direktoru Əliqismət Lalayev Azərbaycan mədəniyyətinin inkişafı, beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən danışıb.

Cəvahir





Teqlər:  Rusiyanın teatr rəhbərləri Bakıda FOTOLAR



RƏYLƏR


Top xəbərlər