Təhsil Nazirliyi “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələrinin ləğv edilməsinə münasibət bildirib

Təhsil Nazirliyi “Ən yaxşı məktəb” və “Ən yaxşı müəllim” müsabiqələrinin ləğv edilməsinə münasibət bildirib
16:32 15 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ "Ən yaxşı ümumi təhsil müəssisəsi və ən yaxşı müəllim mükafatları üçün Azərbaycanın dövlət büdcəsində hər il üzrə nəzərdə tutulan vəsait təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsinə yönəldiləcək. Bu da imkan verir ki, prosesə tək ümumi təhsil məktəbləri, müəllimlər deyil, eyni zamanda, ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri də cəlb olunsun".
Bu barədə "Report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
"Bununla, universitetlər də öz ideyalarını, yanaşmalarını ortaya qoya biləcəklər. Əvvəlki illərdə yüzlərlə ümumitəhsil məktəbi fərqləndirildi, mükafatlar təqdim edildi. Bundan sonra ayrı-ayrı fərdlərin deyil, həmin şəxslərin təhsilə verəcəyi töhfələr qiymətləndiriləcək. Bu da innovasiyaların, kreativ yanaşmaların təhsilə gətirilməsinə xidmət edəcək".
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, "Ən yaxşı ümumi təhsil müəssisəsi" və "Ən yaxşı müəllim" müsabiqələri keçirilməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/tehsil-nazirliyi-en-yaxsi-mekteb-ve-en-yaxsi-muellim-musabiqelerinin-legv-edilmesine-munasibet-b

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR