Harri Potter barədə epopeyanın müəllifi ilk kitabını ekranlaşdıracaq

Harri Potter barədə epopeyanın müəllifi ilk kitabını ekranlaşdıracaq
16:32 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Harri Potter barədə epopeyanın müəllifi olan məşhur britaniyalı yazıçı Coan Roulinqin qələmə aldığı ilk romanı "The Cuckoo's Calling" ("Ququ quşunun çağırışı") ekranlaşdırılacaq.
"Report" NTV-yə istinadən xəbər verir ki, roman Əfqanıstanda yaralanan xüsusi xəfiyyə Karmoran Straykın bir modelin intiharını araşdırması haqqındadır.
Xəbərdə bildirilib ki, yazıçının "Robert Qolbreyt" ləqəbi ilə yazdığı kitab İngiltərədə ən çox satılan kitablardan biri olub.
Baş rolları Tom Bruk və Hollidey Qreyncer ifa edəcək serialın çəkilişləri artıq başlayıb.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/harri-potter-barede-epopeyanin-muellifi-ilk-kitabini-ekranlasdiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR