İlhamə özünü "bir nömrə" adlandırdı

İlhamə özünü "bir nömrə" adlandırdı
16:51 15 Noyabr 2016
116 Şou
Ölkə mətbuatı
A- A+

“Bu gün şou-biznesdə elə insanlar var ki, “mənəm-mənəmlik" edirlər, heç kimə yol vermirlər. Düşünürəm ki, bizdən sonra gələn ifaçılara kömək əli uzatnmalıyıq”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni İlhamə Qasımova "ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib.

Sənətçi hər gün gündəmdə qalmaq niyyətində olmadığını söyləyib:

“Ulduz olmaq, kiməsə qarşı saymamazlıq etmək deyil. Əgər mən "bir nömrə" olmaq iddiasında olsaydım, edərdim. Çünki əlimdə bunla bağlı böyük şanslar var idi. Mənim Avropa layihələrim oldu və böyük təkliflər gəldi. Amma mən razılaşmadım, rahat yaşamağı sevən insanam. Mənim üçün reklam olunmağa görə hər gün efirdə görünmək vacib deyil. Rəqabət aparmağı sevmirəm. Onsuz da gördüyüm işələrə görə birinciyəm".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61182

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR