Dövlət istiqrazları ilə bağlı hərracda tələb təklifi üstələyib

16:52 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102022511 ISIN kodlu, 182 gün tədavül müddətli, 19 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hərraca 6 investor 15 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 33 380 300 manat olub.
Sifarişlər 90,9771 manat (19,9999%) - 93,4747 manat (14,0773%) qiymət intervalında təqdim olunub. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91,8065 manat (17,9974%), ortaölçülmüş qiyməti 92,7129 manat (15,8499%) təşkil edib.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 19 mln. manat olub. Qiymətli kağızların ödəmə tarixi 16 may 2017-ci ildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/dovlet-istiqrazlari-ile-bagli-herracda-teleb-teklifi-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR