Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

İraq hökuməti Mosulu iki mərhələdə bərpa etmək niyyətindədir

İraq hökuməti Mosulu iki mərhələdə bərpa etmək niyyətindədir

Date: 15 November 2016 16:57

Bakı. 15 noyabr. REPORT.AZ/ İraqın Planlaşdırma Nazirliyi ölkənin şimalında yerləşən Mosul şəhərinin İŞİD silahlılarından azad edilməsindən sonra onun bərpası üçün ilkin plan hazırlayıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi nümayəndəsi Əbdül Zəhra əl-Handavi bildirib.
"Nazirlik İŞİD silahlılarının nəzarətindən azad edilmiş Mosul və digər bölgələrin bərpası üçün ilkin plan hazırlayıb" - Əbdül Zəhra əl-Handavi deyib.
Onun sözlərinə görə, birinci mərhələ bir aydan altı aya qədər davam edəcək. Bu müddətdə şəhərin əsas infrastrukturunun bərpası - su və elektrik təchizatı, səhiyyə sistemi, qaçqın ailələrinin geri qayıtması məqsədilə yaşayış bölgələrinin təmizlənməsi nəzərdə tutulub. İkinci mərhələdə isə yolların, rabitənin bərpası, məktəblərin tikintisi ilə bağlı strateji layihələrin həyata keçirilməsi planlaşdırılır. 
Nazirlik rəsmisi qeyd edib ki, layihələri bu sahədə ixtisaslaşmış beynəlxalq şirkətlər həyata keçirəcək.


Tags:  İraq hökuməti Mosulu iki mərhələdə bərpa etmək niyyətindədir

RƏYLƏR


Top news