SOCAR-da növbəti qanvermə aksiyasına start verilib

SOCAR-da növbəti qanvermə aksiyasına start verilib
16:57 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) baş ofisində qanvermə aksiyasına start verilib.
“Report” xəbər verir ki, 2016-cı il üzrə hazırlanmış qrafikə uyğun olaraq, SOCAR-ın bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə əməkdaşların kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Baş ofisin, Sərmayələr, Ekologiya və Əmək şəraiti normalarının işlənməsi idarələrinin 100-ə yaxın əməkdaşı talassemiyadan əziyyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə iştirak edib.
SOCAR-ın tibbi xidmətin təşkilinə nəzarət şöbəsinin rəisi Fuad Əlizadə bildirib ki, bu gün baş ofisdə başlayan bu aksiya 2017-ci ilin may ayına kimi SOCAR-ın bütün struktur vahidlərini əhatə edəcək: “SOCAR-ın idarə və müəssisələri Heydər Əliyev Fondunun sədri, Milli Məclisin üzvü, YUNESKO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın “Talasemiyyasız həyat naminə” layihəsi çərçivəsində talassemiyalı xəstələr üçün qanvermə təşəbbüsünə qoşulub. Şirkət bu layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurub”.
Onun sözlərinə görə, indiyədək SOCAR-ın strukturunda çalışan 30 minə yaxın əməkdaş qan verib.
Qeyd edək ki, 2009-cu ildən etibarən SOCAR qanvermə aksiyasında iştirak edir. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-da-qanverme-aksiyasina-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR