Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

PKK-ya ağır zərbə - başına 1,5 milyon qoyulmuşdu

PKK-ya ağır zərbə - başına 1,5 milyon qoyulmuşdu

Küçədə gəzən qızın başına şüşə düşdü, ağır yaralandı (17 Fevral 2017 10:37)

Tarix: 15 Noyabr 2016 17:03

Türkiyənin Tunceli vilayətinin Bali dərəsində təşkil edilən əməliyyatda PKK terror təşkilatının 14 üzvü öldürülüb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, onların arasında başına 1,5 milyon lirə (500 min dollar) mükafat qoyulan “Agit Əhməd” kod adlı Umut Hocaoğlu var.

Diyarbəkr şəhərində qeydiyyatda olan 34 yaşındakı Hocaoğlu PKK-nın Tunceli vilayəti üzrə cavabdeh şəxsi idi. Son vaxtlar Tuncelidə həyata keçirilən bir çox terror aktının məhz onun tərəfindən planlaşdırıldığı və icra olunduğu bildirilir.

Tuncelidə keçirilən əməliyyatda Hocaoğlu ilə birlikdə PKK-nın daha yüksək səviyyəli idarəçisi zərərsizləşdirilib.

Ömər Dağlı


Teqlər:  PKK-ya ağır zərbə başına milyon qoyulmuşdu



RƏYLƏR


Top xəbərlər