Abreudan rekord: 22 ilə 23 klub

Abreudan rekord: 22 ilə 23 klub
17:07 15 Noyabr 2016
37 İdman
Ölkə mətbuatı
A- A+

Uruqvay millisinin sabiq hücumçusu Sebastyan Abreu karyerasını Braziliya çempionatının Karioka liqasında mübarizə aparan “Banqu” klubunda davam etdirəcək. Fanat.Az xəbər verir ki, 40 yaşlı futbolçu özünə yeni iş yeri tapmaqla rekorda imza atıb.


Belə ki, Abreu peşəkar karyerasında 28-ci dəfə bir klubdan digərin keçib. O, bəzilərində bir neçə dəfə forma geyinməklə, ümumilikdə 23 klubda çıxış edib.


Uruqvaylı forvard 22 illik karyerası ərzində vətəni ilə yanaşı, Meksika, Salvador, İspaniya, Brzailiya, Ekvador, Yunanıstan, İsrail, Paraqvay və Argentinada top qovmağa macal tapıb. O, “Deportivo”, “Real Soseydad”, “River Pleyt”, “Botafoqo” kimi klublarda çıxış edib və Uruqvay millisinin heyətində 70 matç keçirib.



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-abreudan-rekord-22-il-23-klub-t54169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR