Xruşovdan “Kuzkinanın anası” mesajı: Dəhşətli sınaqdan 55 il keçdi – FOTO/VİDEO

Xruşovdan “Kuzkinanın anası” mesajı: Dəhşətli sınaqdan 55 il keçdi – FOTO/VİDEO
17:18 15 Noyabr 2016
631 Maraqlı
Ölkə mətbuatı
A- A+

1961-ci il oktyabrın 30-da SSRİ istilik-nüvə aviasiya bombasının tarixində ən güclü sınağını keçirdi. “Russia Today” (RT) kanalı həmin günün hadisələrini bərpa etdi və dünya ictimaiyyətinin “Çar bomba”sının sınağına reaksiyasını xatırlatdı.

Xirosimadan Qazaxıstana qədər

ABŞ 1943-cü ildə “Manhetten” layihəsi çərçivəsində atom bombalarını hazırlamağa başladı. Amerikalılar 1945-ci il iyulun 16-da Nyu-Meksika ştatındakı Alamoqordo poliqonunda birinci sınağı keçirdilər, 6 və 9 avqust tarixlərində isə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atdılar. Təxminən eyni vaxtda SSRİ özünün nüvə silahını hazırlamağa başladı.

Sovet nüvə bombasının ilk sınaqları 1949-cu ilin avqustunda Qazaxıstan SSR-nin Semipalatinskiy vilayətində keçirildi. RDS-1 bombasının partlayış gücü 22 kiloton trotil ekvivalenti təşkil edirdi. 1950-ci illərdə hər iki super dövlətin gücü atom bombasının gücündən bir neçə dəfə çox olan istilik-nüvə bombasını hazırlamağa başladı. 1952-ci ildən 1954-cü ilə qədər əvvəlcə ABŞ, sonra isə SSRİ-də sözügedən silahın sınaqları keçirildi. Amerika istehsalı olan bombanın partlayış gücü 15 kiloton trotil ekvivalenti təşkil edirdi. RDS-6 ilk sovet hidrogen bombasının gücü isə Amerika bombasından bir neçə min az idi.

Casus Pauers

Super dövlətlər 1950-ci illərinin sonuna yaxın qarşılıqlı olaraq silahsızlaşma haqqında razılaşmağa çalışırdılar. Ancaq nə SSRİ və ABŞ liderlərinin danışıqları, nə də BMT Baş Assambleyasının XIV və XV (1959-1960) sessiyaları nəticə verdi.

Qərbi Berlinin statusu ilə bağlı məsələ hər iki dövlətə dinclik vermirdi. SSRİ Avropa ölkələri və ABŞ-ın Almaniya Demokratik Respublikasında öz qoşunlarını yerləşdirməsinə qarşı çıxırdı. Nikita Xruşov Qərbi Berlinin demilitarizasiyasını (silahsızlaşma) tələb edirdi. Ölkələr 1960-cı ilin mayında Paris konfransında bu məsələni müzakirə etməyi planlaşdırırdılar. Amma mayın 1-də baş verən hadisə buna mane oldu. Həmin gün Amerika pilot-kəşfiyyatçısı Frensis Pauers SSRİ-nin hava məkanını pozdu. Pilotun vəzifələrinə hərbi, həmçinin atom müəssisələrinin fotoşəkillərinin çəkilişi daxil idi. Pauersin təyyarəsi Sverdlovsk üzərində “Yer-hava” sinfindən olan raketlə vurulmuşdu.

Sonrakı hadisələr - 1961-ci ildə Berlin divarının inşası və Amerikanın Fidel Kastronun sosializm rejimini devirmək məqsədi ilə Kubaya müdaxiləsi ona gətirib çıxardı ki, 1961-il avqustun 31-də sovet hökuməti nüvə sınaqlarını yeniləmək barədə qərar verdi.

"Bizdə bomba olacaq"

SSRİ-də istilik-nüvə silahının hazırlanması 1954-cü ildən İqor Kurçatovun rəhbərliyi altındakı fiziklər qrupu tərəfindən aparılırdı: Andrey Saxarov, Viktor Adamskiy, Yuri Babayev, Yuri Smirnov, Yuri Trutnev və başqaları. 1959-cu ildə sınağa hazırlıq başa çatdı. Amma Nikita Xruşov sınağın təxirə salınması barədə əmr verdi. O, ABŞ-la münasibətlərin qaydaya salınacağına ümid edirdi. Amma 1959-1961-ci illərdəki hadisələrdən sonra SSRİ rəhbərliyi nüvə silahının sınaqlarını yeniləmək barədə qərar qəbul etdi. Yaradılan AN 602 bombasının gücü 100 meqatona çatırdı. İri ölçülər və gücünə görə ona Qərbdə “Çar Bombası” adını verdilər. Buna bəzən “Kuzkinanın anası” da deyirlər. Bu rus sözü olub "Biz sizə göstərərik!" mənasına gəlir və Nikita Xruşov tərəfindən 1960-cı ildə BMT Baş Assambleyasında ABŞ-a öz nüvə potensialını göstərmək kimi işlədilir. “Çar Bombası”nın müxtəlif kod adları var: Proyekt 700, RDS-200, RDS-202, AN602, Vanya kodadı, Böyük İvan, Kuzkinanın anası və sair.

Sınaqların Novaya Zemlya arxipelaqında yerləşən poliqonda keçirilməsi barədə qərar verilir. Bombanın özü “Arzamas-16” məxfiləşdirilmiş rejim müəssisəsində yığılmışdı. 1961-ci il iyulun 10-da bombanın istehsalçılarından biri olan Andrey Saxarov Xruşova məktub göndərir. O, qeyd edirdi ki, nüvə sınaqlarının yenilənməsi SSRİ və ABŞ arasında münaqişə təhlükəsi yaradacaq, eyni zamanda nüvə sınaqlarından qarşılıqlı imtina haqqında müqavilə ideyasını dəfn edəcək. Xruşov akademiklə razılaşmır və sınaqlara hazırlığın davam etdirilməsində təkid edib. Sınaqdan sonra Saxarov nüvə silahlarının istifadəsi əleyhinə çıxış etdi və bu da onu Sovet dissidentləri sırasına qatdı.

Təyyarə-daşıyıcının hazırlığı da paralel aparılırdı. Diametri 2, uzunluğu 8 metr olan bomba Tu-95-də yerləşmirdi. Bombanı təyyarədə yerləşdirmək üçün konstruktorlar Tu-95-in korpusunun bir hissəsini kəsərək və ona xüsusi hissə əlavə etdilər. “Çar Bombası” sınaq ərazisinə (Novaya Zemlya adası, Suxoy Nos məntəqəsi) modifikasiyalaşdırılmış Tu-95V təyyarəsi vasitəsi ilə çatdırıldı.

Bomba 1961-ci il oktyabrın 30-da Moskva vaxtı ilə 11:33-də 10 min metrdən atıldı. Göbələk buludu 40 saniyə ərzində 30 kilometr, daha sonra isə 67 kilometr hündürlüyə qədər yüksəlmişdi. Bu o deməkdir ki, nüvə buludu stratosfer və mezosfer təbəqələrinə qədər yüksəlmişdi. Partlayışdan sonra seysmik dalğa yer kürəsinin ətrafından üç dəfə keçdi. Yaxınlıqda yerləşən yaşayış məntəqələri dağılmış, poliqondan yüzlərlə kilometrdə radioəlaqə 1 saat müddətində kəsilmişdi. Partlayış nöqtəsinin 270 kilometrliyində işıq impulsunun təsiri hiss olunurdu. Sınaq iştirakçılarından biri 270 kilometr məsafədən partlayış işığını görmüş və müvəqqəti olaraq kor olmuşdu. Zərbə dalğası Norveç və Finlandiyada hiss edilmişdi. 700 kilometr məsafədə yerləşən Dikson qəsəbəsində evlərin şüşələri qırılmışdı.

Bomba istehsalçılarından biri olan Yuri Trutnev yada salırdı: “Partlayışdan əvvəl son saniyələr idi... Və birdən təyyarə ekipajı ilə yerüstü poliqon xidmətləri arasında əlaqə tamamilə itdi. Bu o demək idi ki, bomba işlədi. Amma heç kəs dəqiq bilmirdi ki, əslində nə baş verib. Bunun üçün həyəcan dolu 40 dəqiqəni yaşamaq lazım idi”.

“Çar Bombası” bəşəriyyət tərəfindən icad edilmiş ən güclü silahdır. Bombanın gücü 100 meqatona çatırdı. Müqayisə üçün ABŞ-da sınaqdan keçirilmiş "Bravo qəsri" silahı 25 meqaton gücündə olub. Belə silahlar əsasən uzaq-mənzilli ballistik raketlər və ya təyyarələr vasitəsi ilə hədəfə çatdırılır. Bu tip nüvə silahları əsasən iri şəhərləri və ya müəyyən regionları məhv etmək üçün istifadə olunur.

Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayında Nikita Xruşov bombanın gücünün 50 meqatona qədər azaldılması haqqında danışdı.

“... Demək istəyirəm ki, yeni nüvə silahının sınaqları çox müvəffəqiyyətlə keçir. Biz sınaqları tezliklə başa çatdıracağıq. Görünür, bu, oktyabrın sonunda olacaq. Ehtimal ki, gücü 50 meqaton trotil ekvivalenti olan hidrogen bombasını partladaq. Biz deyirik ki, gücü 100 meqaton trotil ekvivalentində olan bombaya malikik. Və bu, düzdür. Amma biz belə bombanı partlatmayacağıq. Çünki, hətta ən uzaq yerlərdə onu partladaraq pəncərələrimizi sındıra bilərik”, - Nikita Xruşov deyirdi.

“Çar Bomba”sının hazırlamasına cəlb edilmiş alimlər əla anlayırdılar ki, ondan hərbi hədəflər üçün istifadə edilməyəcək və bu gücdə olan silahın sınağı siyasi aksiya idi. “Arzamas-16”nın elmi rəhbəri, baş konstruktor Yuliya Haritonun sözlərinə görə, Xruşov dünyaya ən güclü nüvə silahına malik olduğunu göstərmək istəyirdi.

“Çar bomba”sının sınağı heyrətləndirən effekti verdi. Yaponiyanın baş naziri Xayato İkeda Nikita Xruşova göndərdiyi teleqramda bildirirdi ki, hadisədən şoka düşüb. Partlayışın növbəti günü ABŞ-ın “The New York Times” qəzeti yazırdı ki, SSRİ belə hərəkətlərlə Amerika cəmiyyətini dəhşətə və təlaşa salmaq istəyirdi.

1963-cü il avqustun 5-də SSRİ, ABŞ və Böyük Britaniya Moskvada atmosferdə, suyun altında və kosmosda nüvə silahının sınaqlarının qadağası haqqında müqaviləni imzaladı.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/176032.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR