Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Millət vəkilindən xəbərdarlıq: “Buna Səhiyyə Nazirliyi razılıq verməyib”

Millət vəkilindən xəbərdarlıq: “Buna Səhiyyə Nazirliyi razılıq verməyib”

Date: 15 November 2016 17:23

Son vaxtlar telekanallarda dərman vasitələri və klinikalarla bağlı Səhiyyə Nazirliyinin razılığı olmayan reklamlara rast gəlirik. Bu reklamların mətnlərinə baxanda onların Səhiyyə Nazirliyilə razılaşdırılmış olmaları inandırıcı görünmür.

Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.

O, bu məsələdə aidiyyatı qurumları daha diqqətli olmağa çağırıb:

“Bəzən telekanallarda “ölkənin bir nömrəli klinikası bizim sponsorumuzdur” kimi ifadələr eşidirik. Klinikaları heç kim nömrələməyib, heç kim hansısa klinikaya ən qabaqcıl statusu verməyib. Bu doğru deyil və vətəndaşı aldatmaq niyyəti güdür. Şübhəsiz ki, bu reklam Səhiyyə Nazirliyilə razılaşdırılmayıb. Əks təqdirdə heç vaxt “ölkənin bir nömrəli klinikası” ifadəsini işlətməzlər”.

Onun sözlərinə görə, dərman olmayan bioloji aktiv maddələri də dərman adı ilə reklam edirlər:

“Telekanallarda bu hallara da bəzən rast gəlirik. Çox güman ki, bunlar da Səhiyyə Naziliyilə razılaşdırmadan efirə verilir. Yaxşı olardı ki, Milli Televiziya və Radio Şurası, həmçinin Səhiyyə Nazirliyi bu məsələyə diqqəti artırsın”.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş tibbi təyinatlı texnika, müalicə, proflaktika, diaqnostika və reabilitiasiya metodları reklam oluna bilər.

Gülxar


Tags:  Millət vəkilindən xəbərdarlıq Buna Səhiyyə Nazirliyi razılıq verməyib

RƏYLƏR


Top news