Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tıxaca düşmək istəməyən sürücülərin NƏZƏRİNƏ

Tıxaca düşmək istəməyən sürücülərin NƏZƏRİNƏ

Date: 15 November 2016 17:37

Bu ayın sonunadək yollarda tıxacları interaktiv şəkildə nümayiş etdirən sistem "GoMap" elektron xəritəsinin mobil tətbiqinə inteqrasiya ediləcək.

Milli.Az bildirir ki, bu barədə Trend-ə SINAM şirkətində məlumat verilib.

SINAM şirkəti Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış "GoMap" layihəsinin icraçısıdır.

Bu sistem elektron xəritənin Web versiyasında artıq mövcuddur.

Sürücülərin tıxaclar barədə məlumatlandırılmasının yeni üsulu FM diapazonlu radiokanallardan istifadə edəcək. Nəqliyyat hərəkətinin daha sıx olduğu yerlər mobil elektron xəritədə qeyd olunacaq.

Milli.Az


Tags:  Tıxaca düşmək istəməyən sürücülərin NƏZƏRİNƏ

RƏYLƏR


Top news