Azərbaycanın 5 klubu UEFA-nın ayırdığı vəsaiti AFFA vasitəsilə əldə edib

Azərbaycanın 5 klubu UEFA-nın ayırdığı vəsaiti AFFA vasitəsilə əldə edib
17:37 15 Noyabr 2016
84 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ UEFA-nın Azərbaycanı 2016-2017 mövsümündə Avropa kuboklarında təmsil etmiş 4 klub üçün ayırdığı vəsait açıqlanıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" Çempionlar Liqasında iştirak qarşılığında 1 088 460.00 avro qazanıb. 
"Qəbələ" 733 660 avro, "Neftçi" 458 620 avro, "Kəpəz" isə 440 min avro mükafata sahib çıxıb. Gümüş medal qazandığı halda, maliyyə "fair play"ini pozduğu üçün Avroliqaya buraxılmayan "İnter" də mükafatsız qalmayıb. "Bankirlər" 58 660 avro irəli düşüb. 
UEFA tərəfindən ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına müvafiq qaydada köçürülüb. Yalnız "Kəpəz" üçün ayrılmış vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Gəncə təmsilçisinə çatdırılacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycanin-5-klubu-uefa-nin-ayirdigi-vesaiti-affa-vasitesile-elde-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR