Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bu küçədə hərəkət hissə-hissə məhdudlaşacaq - FOTOLAR

Bu küçədə hərəkət hissə-hissə məhdudlaşacaq - FOTOLAR

Date: 15 November 2016 17:38

Binəqədi rayonu Cəfər Xədan küçəsinin daha bir hissəsində təmir işləri aparılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmədova küçələri arasında yerləşən 750 m-lik hissəsində aparılır.

Aparılan təmir-tikinti işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb, 1500 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Bundan başqa yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir.

Hazırda aidiyyəti qurum tərəfindən təmir işlərinin aparıldığı ərazidə yeni su və kanalizasiya xətləri çəkilir. Təmir-tikinti işləri bitdikdən sonra yolun hərəkət hissəsi asfaltlanması üçün hazır vəziyyətə gətiriləcək.

Təmir işlərinin aparıldığı ərazilərdə müvəqqəti olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılır.






Tags:  küçədə hərəkət hissə-hissə məhdudlaşacaq FOTOLAR

RƏYLƏR


Top news