Azərbaycanlı xanımdan nümunəvi addım - Pulu sahibinə qaytardı - FOTO

Azərbaycanlı xanımdan nümunəvi addım - Pulu sahibinə qaytardı - FOTO
17:47 15 Noyabr 2016
212 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, noyabrın 8-də axşamüstü Azərbaycan Beynəlxalq Bankının müştərisi Zakirə Əhmədova pul çıxarmaq üçün kartını Bankın "Nizami" kinoteatrının yaxınlığındakı bankomatına daxil etmək istəyib, amma kart qəbul olunmayıb.

Z.Əhmədova qurğunu diqqətlə nəzərdən keçirəndə nağdlaşdırma hissəsində pul qaldığını görüb və dərhal anlayıb ki, ondan əvvəl əməliyyat aparmış kimsə pulunu burada unudub gedib.

Beləliklə, Zakirə xanım pulları götürüb özündə saxlayıb. Ardınca öz pulunu da çıxarıb. Daha sonra yarım saata qədər bankomatın yanında gözləyib ki, bəlkə diqqətsizlik üzündən 55 manatını unudub getmiş şəxs qayıda. Amma gələn olmayıb.

Bu zaman o, Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Müştəri Xidmətinə zəng edib.

Bankdan verilən məlimata görə, araşdırma nəticəsində məlum olub ki, vəsaitin sahibi Rəşad adlı bir müştəridir. Bank əməkdaşları onunla əlaqə saxlayıblar. Rəşad həmin an tələsdiyindən pulun bankomatdan çıxmasını gözləmədiyini, səhvini başa düşəndə isə artıq gec olduğunu bildirib. Pulunun tapılmasına isə hamı kimi çox sevinib.

Zakirə Əhmədova noyabrın 15-də Beynəlxalq Bankın baş ofisinə gedərək 55 manat vəsaiti sahibinə təhvil verib.

Qeyd edək ki, bankomatdan çıxmış pul təxminən 20 saniyə ərzində götürülməzsə, qurğu vəsaiti geri udub qoruyur. Bu saniyələrdə bankomata başqasının yaxınlaşması isə an məsələsidir. Ona görə də müştərilər belə məqamda həmişə diqqətli olmalıdırlar.

Yusif Nəsirli
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489636.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR