“Brexit” sənədi mətbuata sızdı

“Brexit” sənədi mətbuata sızdı
17:48 15 Noyabr 2016
62 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərədə “Brexit sənədi” mətbuata sızıb.

Publika.az xəbər verir ki, ölkənin nüfuzlu nəşrlərindən olan “The Times”in dərc etdiyi “Brexit sənədi”nə görə, hökumətin Avropa İttifaqından çıxışı ilə bağlı “Yol xəritəsi” yoxdur.

“Brexit” müddətində prioritetlərin müəyyənləşdirilməsi üçün daha 6 aya ehtiyacın olduğu bildirilir.

“Hökumət qurumları “Brexit”in həyata keçirilməsi üçün öz layihələrini hazırlayırlar. İndiyə kimi 500-dən çox layihə hazırlanıb. Amma bu layihələr hökumətin mövqeyindən çox uzaqdır. Hökumətin bu layihələri sürətli şəkildə reallaşdırma qabiliyyəti yoxdur”, - bir konsaltinq şirkətinin hazırladığı sənəddə deyilir.

Bundan başqa, sənəddə bildirilir ki, hökumətin üzərində çalışdığı layihələrin həyata keçirilməsi üçün daha 30 min dövlət məmuruna ehtiyac var.

İngilis hökumətindən verilən açıqlamaya görə, sənəd rəsmi deyil və hökumətin istəyi olmadan konsaltinq şirkəti tərəfindən hazırlanıb. İngiltərənin baş naziri Tereza Mey Birləşmiş Krallığın Avropa İttifaqından ayrılması üçün rəsmi prosesin 2017-ci il mart ayının sonuna qədər başlanacağını açıqlayıb.

Xatırladaq ki, iyunun 23-də keçirilən referendumda İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsdən ibarət Böyük Britaniya əhalisinin 51,9 faizi Avropa İttifaqından çıxışı dəstəkləyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176043.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR