Bu gün neft uğrunda mübarizə gedən Kərkük-Mosul bölgəsi
vaxtilə Osmanlının torpaqları idi. Lakin türk imperiyasının
süqutundan sonra Türkiyə də bu bölgəyə yalnız kənardan baxaraq
qalıb. Ən maraqlısı isə Türkiyəni Mosul-Kərkük neftindən məhrum
edən şəxsin bir erməni olmasıdır.
Publika.az xəbər verir ki, Osmanlı dövründə İraqdakı neft
ehtiyatları ilə bağlı ilk araşdırmaları İstanbulda yaşayan erməni
Kalouste Sarkis Gülbenkyan olub. Onun atasının Qapalıçarşı deyilən
bazarda dükanı var idi. Onların qohumları Bakıda yaşayırdı, özləri
də oradan gələnlər idi. Ata Gülbenkyan da Bakıdan qaz yağı
gətirərək satırmış.
Sarkis Gülbenkyan Londonda geoloji mühəndislik təhsili alıb, əsasən
də neft yataqları üzərində işləyib. Londondan İstanbula qayıdandan
sonra, Osmanlı sultanı ƏIbdülhəmidin tələbi ilə araşdırmalara
başlayır və Mesopatomiyada (indiki İraq ərazisi) neft tapdığı haqda
sultana məlumat verir. Əbdülhəmid də 1904-cü ildən sonra həmin
torpaqları şəxsi mülk olaraq satın alır.
Gülbenkyan daha sonra ilk türk Milli Bankını yaradır və 1912-ci
ildə yaradılan Türk Neft Şirkətinin ("Turkish Petroleum Company")
50 faiz səhmlərinə ortaq olur.
Gülbenkyanın bankı Türk Neft Şirkəti ilə yanaşı, “Deutsche Bank”la
da əməkdaşlıq edir və Mesopatomiyada fəaliyyətini davam etdirmək
üçün müxtəlif şirkətlər qurur. Lakin I Dünya Müharibəsində almanlar
məğlub olduğu üçün “Deutsche Bank”ın səhmləri Fransa şirkətinə
keçir. I Dünya Müharibəsində Osmanlının parçalanmasından sonra
ingilislərlə keçirilən görüşləri də Gülbenkyan aparır.
1926-cı ildə Mosul neftinin bölüşdürülməsi zamanı Gülbenkyanın Türk
Neft Şirkəti İraq şirkəti oldu və ona yalnız 5 faiz pay verildi.
Buna görə də ona “məşhur 5 faiz” ləqəbi qoyuldu. Yerdə qalan 95
faiz hissəsi isə İngiltərə, Fransa Hollandiya və Amerika arasında
bölüşdürüldü, bu ölkələrin hər birinə 23,75 faiz pay düşdü.
Beləliklə, Osmanlının varisi olan Türkiyə öz mirasından məhrum
edildi. Halbuki, Gülbenkyanın şirkəti türk şirkəti idi və Kərkük və
Mosuldakı paylar da Türkiyənin olmalı idi. Lakin bir erməni yenə də
son anda xəyanət edərək, hissələri digər ölkələrə satdı.
Türkiyə heç nə edə bilmədi, yalnız Gülbenkyanın ölkəyə girişinə
qadağa qoymağa gücü çatdı.
Asif