Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Skype-dan ƏLA YENİLİK

Skype-dan ƏLA YENİLİK

Date: 15 November 2016 18:12

Skype-ın veb versiyasında qeydiyyatdan keçmədən də istifadə etmək mümkün olacaq.

Skype-ın veb versiyasında yenilik elan olunub. Belə ki, artıq kompüterə messenger yükləyərək qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki bunu etmədən də zəng etmək mümkün olacaq. Milli.Az technote.az-a istinadən bildirir ki, bu barədə Venture Beat məlumat verir.

Belə ki, Skype-la əlaqə saxlamaq üçün onun veb versiyasına daxil olub, öz adınızı daxil etməyiniz tələb olunur. Bundan sonra sizə link göndərilir, hansı ki, bu linki əlaqə saxlamaq istədiyiniz şəxsə yönləndirirsiniz. Beləliklə də siz heç bir qeydiyyatdan keçmədən həmin şəxslə əlaqə saxlamış olursunuz.

Amma digər tərəfdən linki göndərmək üçün yenə də sizin mail adresə və ya messengerə ehtiyacınız var. Bu isə Skype olan marağı o qədər də artırmır deyə Venture Beat məlumat verir. Çünki Facebook Messenger-i də istifadə edərək əlaqə saxlamaq mümkündür, yəni zəng edə və ya mesajlaşa bilirsiniz. Amma siz yenə də Skype əvəzolunmaz vasitədir deyirsizsə, aşağıdakı videoda daha ətraflı tanış ola bilərsiniz.

Milli.Az


Tags:  Skype-dan ƏLA YENİLİK



RƏYLƏR


Top news